Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



400 minlik dələduzluq | "Zevs"in qardaşı saxlanıldı

400 minlik dələduzluq | "Zevs"in qardaşı saxlanıldı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib. Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub. "Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 18 yaşlı Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb”, – deyə qurumdan bildirilib. Həmçinin qeyd olunub ki, Hüseyn Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb: “Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. Hüseyn Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 20 yaşlı Badamxanım Əhmədovanın adına açılan elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq Badamxanım Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib”. Qeyd edilib ki, aparılan araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb: “Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hüseyn Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Hüseyn Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   400 minlik dələduzluq | "Zevs"in qardaşı saxlanıldı 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #farmaniya #hüseynquliyev #zevs #kibercinayətkarlıq #onlinepiramida #yatırımsaytı #zevsinqardaşı #badamxanıməhmədova #dələduzluq

Comments