У нас вы можете посмотреть бесплатно Zeynəblə oxumadı, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi - İslam Rzayev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu gün Xalq artisti, xanəndə İslam Rzayevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir. İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Onların atası II Dünya müharibəsinə yollanır və geri qayıtmır. Anası Nabat xanım üç uşağı tək böyütmək məcburiyyətində qalır. *** İslam Rzayev xatirələrində deyir ki, sonralar qastrola getdiyi ölkələrdə geri qayıtmayan atasını axtarırmış. İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənərək alır. O, həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirir. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir. *** O, xarici ölkələrdə konsert verən ilk müğənnilərimizdən biri olub. İslam Rzayev pedaqoji fəaliyyətlə də məşğul olub. 120-dən çox ifaçı yetişdirib. Xanəndənin gözəl səsi olsa da, heç vaxt opera sahəsində çalışmayıb. O, özü bu haqda xatirələrində deyirdi: “Operanı o vaxt heç kim sevmirdi, indi sevirlər. Ona görə imtina etmişdim ki, mən opera oxuyan olmayım. Çünki, mən açıq deyirəm, gedib operada oxuyanlar, 2-3 ildən sonra dəbdən düşürdülər. Camaatın onları görən gözü olmurdu. Bu fikrə görə mən operaya solist getmədim. Məni çağırmışdılar ki, gəl Zeynəblə bir yerdə - Məcnunu oyna. Yəni, "sizdən bir az pul qazanaq". Həmişə gənc oxuyanlara ehtiyac çox olur. O mənada məni Zeynəblə oxumağa dəvət etmişdilər. Mən getmədim, imtina elədim”. *** Seyid Şuşinskidən 17 dənə muğam dəstgahı öyrənən xanəndə Mədəniyyət və İncəsənət Universiteti üçün proqram yazır. Hazırda həmin universitetin muğam kafedrası onun proqramı əsasında dərs deyir. Həmin proqrama görə İslam Rzayeva professor adı verilib. Bu proqramda 17 muğamın adı, hissələri və guşələri verilib. İslam Rzayev 1989-cu ildə İpək Yolu qastroluna yola düşür. Yaponiyada onu çox yüksək səviyyədə qarşılayırlar. O, tərcüməçidən soruşur ki, insanlar mənim dilimi bilmir, mən isə Əliağa Vahidin qəzəllərində oxuyuram onlar məni niyə belə qarşılayırlar? Qız bildirir ki, sabah səhnədə oxuyarkən dön arxaya bax. Sonra çıxanda cavab verərəm. Səhəri gün xanəndə səhnədə oxuduğu zaman çevrilib arxaya baxır. Səhnənin arxasında 4-5 metr uzunluğunda, 2 metr enində hümayun ağı salındığını görür. Onun oxuduğu qəzəlin, mahnının tərcüməsini yapon dilində işıqla həmin o ağın üstünə proyektorla verirlərmiş. *** İslam Rzayev 1970-ci illərdə Leyla adlı xanımla ailə qurur. Onun bu evlilikdən Pərvanə adlı qızı dünyaya gəlir. Lakin, bu evlilik uğurlu olunmur. Xanəndə həyat yoldaşından ayrılır. Başqa qadınla yaşamağa başlayır. Qızı üç yaşında olarkən dünyasını dəyişir. İslam qızının dəfninə getmir. Daha sonra Tamara adlı xanımla ailə qurur. Lakin, xanımın ailəsi bu evliliyə qarşı olur. Ona görə də onlar ömürlərinin sonuna kimi 55 il nikahsız yaşayıblar. Onların heç bir zaman övladı olmur. İslam Rzayev Tamara xanımın əvvəlki həyat yoldaşından olan uşaqlarına atalıq edir. Onları öz balası kimi böyüdür. Uşaqlar da ona ata deyirdilər. *** Sənət aləmində də hamı Tamara xanımla onu ər-arvad bilir, bütün məclislərə qoşa gedirlər. İslam ağır xəstə yatdığı vaxtlarda Tamara xanım onun yanından ayrılmayıb. *** İyirmi ilə yaxın Muğam teatrının rəhbəri olan İslam Rzayev əsasən kasıb, imkanı olmayan ailələrin səsi yaxşı olan uşaqlarını irəli çəkir, onların səhnəyə çıxmasında rol oynayır. Onun bacısının həyat yoldaşı erkən dünyasını dəyişir. Müğənni bacısının 6 uşağını öz himayəsinə götürərək onlara atalıq edir. *** Ömrünün son illərində İslam Rzayev şəkər xəstəliyindən əziyyət çəkir, insult keçirir. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edir.