У нас вы можете посмотреть бесплатно Göz əməliyyatı necə aparılır? - Əməliyyatdan Görüntülər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Uzman Doktor Emil Yusifov Tel: 077 331 10 08 Facebook: / emilyusifovcom İnstaqram: dremilyusifov İlk olaraq sizin eynəyin və ya kontakt linzanın sizi nə dərəcədə qane etməsi təyin edilməlidir. Bu vasitələrin köməyilə görmənin 100% olması daha məqsədəuyğundur. Əgər eynəklərin istifadəsindən kosmetik qüsur hiss edirsinizsə, və ya onlar sizin həyat fəaliyyətinizə mane olursa, həmçinin kontakt linzaların istifadəsi zamanı gözləriniz qızarırsa və siz onların istifadəsindən yorulmusunuzsa, o zaman siz LASİK cərrahiyyəsi üçün namizəd sayıla bilərsiniz. Əgər əməliyyata razılıq versəniz oftalmoloq sizin gözlərinizdə buynuz qişanın topoqrafiyası adlı müayinəni həyata keçirərək, gözlərinizin LASİK əməliyyatı üçün nə qədər yararlı olması barədə nəticə çıxaracaq. LASİK əməliyyatı zamanı nə baş verir? Əməliyyatdan əvvəl gözlərinizi keyləşdirmək üçün xüsusi damcılar töküləcək. Bütün əməliyyat zamanı arxası üstə uzanacaq və gözlərinizin hərəkətsizliyini təmin etmək üçün xüsusi alətlər qoyulacaq. Mikrokeratom adlanan mikrocərrahi avadanlığın köməyi ilə buynuz qişanın səthində kiçik qapaq şəkilli bir hissə kəsilərək qaldırılacaq. Həmin qapaq kiçik bir hissəsi ilə buynuz qişa ilə birləşmiş şəkildə saxlanılır. Əməliyatın bu mərhələsində gözlərinizdə sıxılma hiss edə bilərsiniz. Əməliyyat zamanı gözləriniz mərkəzdə qalsın deyə, sizdən daima işığa baxmaq xahiş olunacaq. Ekzimer adlanan xüsusi lazerin köməyi ilə buynuz qişanın qapaq kimi qldırılmış hissəsinin altı cilalanaraq forması dəyişdiriləcək. Bu zaman vızıltı eşidəcəksiniz. Bu prosedur 1 dəqiqədən də az vaxt aparır. Yekun olaraq buynuz qişanın qapaq kimi qaldırılmış hissəsi geri, əvvəlki yerinə qaytarılır və ora heç bir tikiş qoyulmur. Beləcə hər bir göz üçün 10 dəqiqədən az vaxt sərf olunur. LASİK əməliyyatından sonra nə baş verir? Əməliyyatdan sonra sizə bəzi göz damcılarından istifadə etmək tövsiyyə olunacaq. Bundan əlavə bir neçə gün, daha sonra isə bir neçə həftədən sonra təkrar müayinə üçün oftalmoloqa müraciət etməli olacaqsınız. Əməliyyat olunan gün və növbəti bir neçə gün ərzində dumanlı görməyinizlə əlaqədar görmə dəqiqliyi tələb edən işlərdən çəkinmək lazımdır. Əməliyyatdan sonra gözün qıcıqlanmasını azaltmaq üçün gün eynəklərindən də istifadə edə bilərsiniz. Dumanlı görmə bəzi şəxslərdə bir neçə günə, digərlərində isə bir neçə həftəyə keçə bilər.