У нас вы можете посмотреть бесплатно Biləcəri deposunda yaşayan köçkünlər: "Gecə qonşu gəldi ki, atanı qatar vurub" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“3 uşaq, mən, bir də yoldaşım - 5 nəfər burda yaşayırıq belə. Nə bilim, pəncərəni-zadı hördük, qapı-pəncərəni birtəhər tapdıq, düzəltdik. Başladıq burda yaşamağa. O uşaqlar dünyaya gəldi elə bax burda, dəmir yolunun arasında”, - Soltan Quliyev deyir. Soltan Quliyev 30 ilə yaxındır Bakıda dəmir yolu xəttinin bir neçə metrliyində, vaqonlarla iç-içə yaşayan məcburi köçkünlərdən biridir. Zəngilan rayonunun Çöpədərə kəndindən olan Soltan Quliyev hazırda qəzalı vəziyyətdə olan köhnə dispetçer binasında yaşayır. “Rəy veriblər ki, bu binada yaşamaq mümkün deyil, qəzalı binadır də, yəni FHN-in də rəyi var. İntəhası, bu torpaqlar alındı, dedi ki, tezliklə daha torpaqlara qayıdacağıq, hə, ona görə də biz elə məcburuq burda yaşamağa. Amma özünüz də görürsünüz, yəni bir zəlzələ olsa yüngülvari, bina getməlidir. 2-3 yerdən partlayıb. Yəni, üstdə “krişa” yox, yağanda bizə o qədər dammır, 1-ci mərtəbədəyik. Amma o 3-cü mərtəbədəkilər əziyyət çəkir də, ora vanna, vedrə qoyurlar, yağış yağanda damır, o şəraitdədir” - Soltan Quliyev bildirir. “Daş uçdu töküldü başıma, bayıra çıxanda mən göstərəcəm sizə, indi ordan maşın da getsəydi tökülərdi, şüşə sınardı, uşaq da keçsəydi başına düşərdi. Mənim hamamım ordadır, bəlkə də özüm elə qəfildən ordan çıxsaydım öz başıma da tökülə bilərdi. Uçur indi, haçansa uçsa qalacağıq altında”, - Zərqələm Həmzəyeva şikayət edir. Torpaqları azad edildiyinə görə qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin buradan köçürülməsi üçün heç bir təklif verilmir. 30 ildir dəmir yol xəttinin yanında məskunlaşan camaat qatarın altında qalmaq təhlükəsindən də özünü qorumalıdır. Elə Zərqələm Həmzəyevanın atası kimi. “Gecə saat 1-də qonşu gəldi məni çağırdı, dedi ki, atanı qatar vurub, dedim necə yəni, nə isə getdim gördüm hardasa bir 10 metr sürüyüb. Sürüyüb aparıb. İndi o vaxtdan bu vaxta kişinin qıçı qalıb belə, qatlaq qalıb. Heç kəs onunla maraqlanmadı. 3 aydan sonra 5 ili tamam olur, o, yataq xəstəsidir. Mən özüm ona baxmışam, indi özümü maşın vurduğuna görə qardaşım aparıb, baxa bilmədim”. Biləcəri deposunda məskunlaşan məcburi köçkünlərin tək arzusu öz torpaqlarına qayıtmaqdır. Onlar təkcə vətənə deyil, normal məişət şəraitinə də həsrətdilər. “93-cü ildən burda yaşayıram. Bu binada, çürük damda. Bu bina da ki, tökülüb aşağı, bu binadır bax o daşı tökülən. Qazımız yoxdur, plitə ilə çay qoya bilmirik, yemək bişirə bilmirik. Dəmir yoluna görə verilmir də, olmaz deyirlər, yaxın məsafədir”, - Ərkinaz Bəhramova deyir. “Hər yerdə qaz var, bir dənə bizim bu binada qaz yoxdur. Biz də istəyərik ki, istilik olsun, şəraitimiz olsun. Hem olmasa öz torpağımıza gedincəyədək. Allah qoysa, qalası deyilik burda, çıxıb gedəsiyik. Bax, bizim istifadə elədiyimiz elektrik... Ondan istifadə edirik, onunla da ev isinməz ki. Onu necə isidək? Yağış yağanda damır başımıza, daşlar uçub tökülür”, - Zərqələm Həmzəyeva bildirir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, komitə Biləcəri deposunda məskunlaşan köçkünlərin vəziyyəti ilə bağlı məlumatlıdır. Hazırda komitənin nəzdində boş yaşayış sahələri yoxdur. İbrahim Mirzəyev bildirib ki, məcburi köçkünlərin daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin ediləcək. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277