У нас вы можете посмотреть бесплатно Ayaq Şişməsinin 8 VACİB SƏBƏBİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#demədidemə #şiş #ayaq Ödəmdən xilas olmaq mümkündürmü? Yaş 30-u keçəndən sonra bəzi insanların ayaqlarında ödəm, yəni şişkinlik yaranır. Lakin düzgün şəkildə yanaşılsa, həmin adamlar yaşlı vaxtlarında ödəmdən əziyyət çəkməzlər. Bu gün sizə ödəmin qarşısını almağın yollarından və ödəmə səbəb olan amillərdən danışacağam. Xüsusilə də, ayaqlardakı ödəmlərdən bəhs edəcəyəm. Ödəm insanların əksəriyyətində olur. Onlar həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dərmanlardan istifadə edirlər. Lakin dərmanlar ödəmə səbəb olan problemi kökündən həll etmir. Ödəmin əsas səbəbləri və təbii həll yolları Səbəblərdən ən birincisi şəkər və karbohidrat əsaslı qidalanmadır. Bu zaman, həmçinin, insulin miqdarı da yüksəlir. Yəni iki tərəfi də kəskin olan bıçaq insanın sağlamlığına qənim kəsilir. Normadan artıq şəkər qəbul etdiyinizdə orqanizminiz şəkəri qlikogen olaraq depolamağa məcbur qalır. Bəs, qlikogen nədir? Qlikogen kalium ilə bir-birinə bağlı olan qlükoza molekulları zənciridir. Yəni şəkəri qəbul etdiyimizdə kaliumu və suyu qlikogeni depolamaq üçün istifadə edirik. İzah edim: depolayacağınız hər qlükoza ilə birlikdə 3 molekul su depolayacaqsınız. Başqa sözlə, şəkər qəbul edərkən, onun miqdarından 3 dəfə çox su içməliyik. Nəticədə, orqanizmdə depolanan mayenin səviyyəsi yüksəlir. İnsanlar az karbohidratlı pəhriz tətbiq etdikləri zaman sürətlə bədəndən maye xaric edilməsi bununla bağlıdır. İlk həftədə 3-6 litr mayedən xilas olmaq mümkündür. Şəkər qəbulu orqanizmdə kalium çatışmazlığına da səbəb olur. Kalium səviyyəsi, yəni natrium balansı pozulduğunda da orqanizm maye depolamağa başlayır. Natriumun mayeni bərk-bərk tutub saxladığını bilirik. Yəni kalium qlikogenin daxilində sıxılıb qaldığından orqanizm kaliuma ehtiyac duyur, nəticədə, maye depolayır. Səbəb təkcə natrium və ya aşağı kalium səviyyəsi deyil, eyni zamanda, insulinin qəfildən artmasıdır. İnsulinin səviyyəsindəki qəfil yüksəlmə də natriumun maye tutmasına səbəb olur. Buna görə də, şəkər xəstələrinin ayaqlarında, daha çox da, dizdən aşağısında şişkinlik, su yığılması müşahidə edilir. Çünki onların qanında şəkərin səviyyəsi çox yüksəkdir. İnsanlar karbohidrat qəbulunun azaldılmasının ayaqlardakı su yığılmasının qarşısını ala biləcəyinin fərqinə hələ varmayıblar. Rafinə edilmiş şəkər yediyimizdə, orqanizmimizdə B1 vitamini azalmağa başlayır. B1 vitamini çatışmazlığı da ayaqlarda şişkinliyə, ödəmə səbəb ola bilir. Az karbohidratlı pəhriz tətbiq edərək problemin həllinə yaxınlaşmaq mümkündür. “Keto pəhrizi” hazırda dünyada çox populyardır. Kalium natriumun səviyyəsini nəzarətdə saxlayır. Əslində, bu, elə də böyük problem deyil. Əgər həddən artıq duz yeyirsinizsə, natrium miqdarının çoxalmasına qarşı müqavimət göstərə biləcək qədər kalium qəbul etməlisiniz. Konkret ölçü desək, gündəlik qəbul etdiyiniz natriumdan iki dəfə artıq kalium lazımdır. Mütəxəssislər deyir ki, gün ərzində 4700 milliqram kalium qəbul etsəniz, natriumun mayeni saxlamaq cəhdinin mənfi təsirlərini azalda bilərsiniz. Sizə təəccüblü gələ bilər, amma tərəvəzləri sevməyən insanlar da var. Bunu niyə dedim? ABŞ-də aparılan araşdırmalara görə, orta səviyyəli bir ABŞ vətəndaşı gün ərzində 1,5 stəkan tərəvəz yeyir. Lakin orqanizmin gündəlik kalium ehtiyacını ödəmək üçün 7-10 stəkan tərəvəz lazımdır. Xüsusən, göyərtilər kaliumla zəngindir. Rasionunuza göyərti daxil etsəniz, natriumu təcrid etmək, artıq mayedən qurtulmaq şansınız artar. Bəzi insanlar həm rasionda tərəvəz miqdarını artırırlar, həm də kaliumu qida əlavəsi kimi qəbul edirlər. Nəticədə, mayeni xaric etmək üçün lazım olandan artıq kaliuma sahiblənirlər. Proses çox sürətlə həyata keçir. Məsələn; axşam kaliumu qida əlavəsi kimi qəbul edin, səhər oyanın və ayaqlarınıza baxın. Şişkinliyin önəmli dərəcədə azaldığını görəcəksiniz. Natriumun gizli mənbələrindən biri də ayaqüstü yeməklər təklif edən restoranda qarşınıza çıxır: Natrium qlutamat (Monosodium Glutamate-MSG). Asılılıq yaradan bütün ləzzətli hazır yeməklər natrium qlutamat ilə zəngindir. Natrium qlutamat dad bilmə reseptorlarını genişləndirir, beləcə, biz dadları olduğundan daha yaxşı qəbul edirik. Və natrium qlutamatla zəngin qidaları yedikdən saat yarım sonra acırıq... Natrium qlutamat insulinin səviyyəsini də yüksəldir. Yəni, onun qəbulu elə şəkərin qəbulu kimi bir şeydir. Bu da dilemma yaradır. Çünki fast-food restoranında həqiqətən ləzzətli olan yeməkləri yedikdən bir gün sonra belə, təsirləri hiss olunur. Kiçik ipucuları verim, özünüz müşahidə edin. Bir fast-food restoranında tıxa-basa yeyin. Ertəsi gün oyananda barmaqlarınızdakı üzükləri çıxara bilmədiyinizi, ayaqlarınızda şişkinlik olduğunu görəcəksiniz. Elə adam var ki, on illər boyunca bu cür “çaqqa-çuqqa” ilə gün keçirir, normal yemək bişirib yemir. Dediyim faktları məhz həmin adamlar öz həyat təcrübələrinə əsasən söyləyirlər.