У нас вы можете посмотреть бесплатно Unudulmaz məclis - Roza Arazova, Firəngiz Nəsirova Rövşən Zamanov və Vasif Ayan ( Göyçay 2022) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
2022-ci ilin avqust ayında Göyçay şəhərində çox səmimi və ənənəvi bir məclis baş tutmuşdur. Bu görüş Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı departamentinin baş müəllimi, tərcüməçi Firəngiz Nəsirovanın evində keçirilmişdir. Həmin gün Firəngiz xanımın əziz qonaqları sırasında onun yaxın rəfiqəsi və sirdaşı, 1991-ci ildə Xəzər Universitetinin yaradılmasındaonunla birgə iştirak etmiş şəxslərdən biri – tarixçi alim, professor Roza Arazova da olmuşdur. Roza xanım Xəzər Universitetinin yarandığı ilk gündən bu təhsil ocağında çalışmış və universitetin Tarix və Arxeologiya Departamentinə uzun illər rəhbərlik etmişdir. Məclisin digər qonaqları isə Azərbaycanın görkəmli sənətkarı, ustad tarzən-pedaqoq, uzun illər Göyçay uşaq musiqi məktəbinin direktoru olmuş Rövşən Zamanov və hamının sevimlisi, prodüser, mədəniyyət yazarı, AYB-nin üzvü Vasif Ayan olmuşdur. Bu görüşdə həmçinin bir zamanlar Xəzər Universitetinin tələbəsi olmuş (2008–2013) Mürsəl Rövşənoğlu da iştirak etmiş və həmin anları videoya çəkərək əbədiləşdirmişdir. Videoda professor Roza Arazova öz gənclik xatirələrindən, musiqidən, millilikdən və muğamdan söhbət açır. Təəssüf ki, bu videoda iştirak edən dəyərli insanlardan iki nəfəri artıq aramızda yoxdur. Azərbaycanın görkəmli tarzəni və pedaqoqu Rövşən Zamanov 10 avqust 2024-cü ildə, professor Roza Arazova isə 30 dekabr 2025-ci ildə haqq dünyasına qovuşmuşdur. Bu video onların xatirəsinə ehtiram və həmin səmimi görüşün tarixi bir yadigarı kimi təqdim olunur. #göyçay #rövşənzamanov #rozaarazova #firəngiznəsirova #khazaruniversity #xatirələr #restinpeace