У нас вы можете посмотреть бесплатно Lənkəranda Qarağac ağacının 250 yaşının olduğu deyilir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xəbərimiz Lənkəranda diametri 12 metrə yaxın olan qocaman bir ağac haqqında olacaq. Uzun illərdir kənd sakinləri tərəfindən qorunan bu ağacın təxminən iki əsrdən artıq yaşı var. Lənkəranın Boladi kənd sakini Mirsadiq Əmirlinin həyətyanı sahəsində olan Qarağac ağacı uzunömürlü ağaclardan sayılır. Bu ağac Qarağac kimilər fəsiləsindən, bitki cinsinə aiddir. Elnur Ələkbərov-müxbir: “250 ilə qədər yaşı olan ağacın hazırki hündürlüyü 30 metrə qədər olsa da, diametri 12 metr təşkil edir. Rütubəti sevən Qarağac ağacı bir neçə əsrə şahidlik edib. İldırımvurma nəticəsində bir hissəsi qırılan ağac haqqında məlumat isə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çatıb. Kənd sakinlərinin əsas istəyi bu ağacın yaşının müəyyən olunması və qeydiyyata alınmasıdır. Əhməd Quliyev-kənd sakini: “Mənim 56 yaşım var, uşaqlıqdan bu ağacı elə belə görmüşəm. Elə belə də qalıb” Mirsadiq Quliyev- Kənd sakini:“Bu ağacın hündürlüyü 40 metrdən çox olub. 10 əvvəl ildırımvurma nəticəsində bir hissəsi qırılıb. Biz istəyirik bunun yaşı öyrənilsin və dövlət qeydiyyatına alınsın.” Bu ağacdan həm dekorotiv ağac kimi, həm tikinti materialı kimi, həm də təbabətdə istifadə olunur. Qarağac ağacı ilk illərdə intensiv böyüsə də, onun sonradan böyüməsi azalır. Mütəxəssislər deyir ki, qarağac ağacının Azərbaycan ərazisində 16 növü yayılıb. Məməmməd Hüseyn Hüseynov- bioloq :“Ağacın yaşını xüsusi qurğular vasitəsi ilə öyrənmək olar. Təxminən 100-120 ilə qədər orta yaş dövrü olur. Amma, bəzi hallarda 300-400 il yaşayan nümunələrə də rast gəlmək mümkündür ” Qarağac ağacına ölkə ərazisində daha çox dağətəyi ərazilərdə rast gəlinir.