У нас вы можете посмотреть бесплатно Moskva müqaviləsi haqqında hər şey, tarixi müqavilələr, youtube video. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Moskva müqaviləsi hqqında hər şeyi, bağlanma səbəblərini və tərəflərin hansı mənfəətlər əldə etməsini youtube videomuzda təhlil etdik. Elm və Bilik bütün yaxşılıqların əvvəlidir. Hz.Məhəmməd (s.a.a.s.) Kanala dəstək olmaq üçün abunə olmağı və videoları bəyənməyi unutmayın. / @elmvebilik Rusiya 1-ci dünya müharibəsi zamanı Antanta müttəfiq dövlətlər blokunun(Fransa, Böyük Britanya, Rusya) üzvü idi. Müharibə davam edən müddətdə Rusiyada Bolşevik inqilabı baş vermiş və Çar Rusiyası devrilərək yeni Sovet Rusiyası qurulmuşdu. Sovet Rusiyası Dövləti isə 1-ci dünya müharibəsindən çəkilmişdi, lakin Antanta blokunu(Fransa, Böyük Britanya və İtalya) , köhnə müttəfiqləri olan Rusiyanın müharibədən çəkilməsi və orada meydana gələn yeni rejim narahat etmişdi və sosialist rejimin yayılmasına mane olmaq üçün Rusyaya qarşı düşmən mövqeyi tutmuşdular. Həmin ərəfələrdə 1-ci dünya müharibəsində müttəfiqi Almanya ilə birlikdə məğlub olmuş Osmanlı imperiyasının torpaqlarının, Antanta müttəfiq dövlətlər bloku(Fransa, Böyük Britanya, İtalya və Yunanstan) tərəfindən işğal edilməsi, Qara dəniz və cənub-qərb sərhədlərindən Sovet Rusiyası üçün ciddi bir təhlükə yaratmışdı. Həmin illərdə Türkiyə dövlətidə qurtuluş müharibəsini zəfərlə nəticələndirmək üçün hərbi və siyasi dəstəyə ehtiyac duyurdu. Bu ərəfələrdə Antanta bloku dövlətlərinin London konfransında Sevr müqaviləsinə balaca dəyişikliklər etməklə Türkiyə dövləti ilə yaxınlaşmaq cəhdi uğursuz oldu. Sovet Rusiyası isə Türkiyə dövlətinin müttəfiq dövlətlərə qarşı apardığı mübarizəni dəstəklədiyini göstərmək üçün, Misakı-millini qəbul etdiyini açıqladı. Sovet Rusiyası ilə Türkiyə dövləti ortaq düşmənlərinə qarşı əlbir olmağa qərar verdilər. Tərəflər arasında müqavilə bağlanması təşəbbüsü Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Atatürkün, Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə 1920-ci ilin 26 aprel tarixli məktubunda irəli sürülmüşdü.Müəyyən diplomatik hazırlıqdan sonra 1921-ci il 26 fevralında Moskvada Sovet dövləti ilə Türkiyə dövləti danışıqları başlamış, 16 mart 1921 ci il tarixdə isə Sovet Rusiyası ilə Türkiyə dövləti arasında Moskva müqaviləsinin imzalanması ilə nəticələnmişdi. Bu müqavilə 16 maddə və 3 əlavədən ibarət idi. Müqavilədə iştirak edən tərəfləri isə Türkiyə dövləti adından Türkiyə Böyük Millət Məclisi Hökumətinin İqtisad Naziri və Məclisdə Kastamonu millət vəkili Yusif Kamal bəy, həmin hökumətin Maarif naziri və Məclisdə Sinop millət vəkili doktor Rza Nur bəy və Türkiyə Böyük Millət Məclisi Hökumətinin Fövqaladə və Səalhiyyətli Səfiri eyni zamanda Məclisdə Ankara millət vəkili Əli Fuad paşa. Rusiya dövləti adından isə Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti Xarici İşlər Üzrə Xalq Komissarı və Ümumrusiya Mərkəzi İcrayyə Komitəsinin üzvü Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcrayyə Komitəsinin üzvü Cəlal Qorxmazov təmsil etmişdilər. Yeni videolardan dərhal xəbərdar olmaq üçün zəng(zill) düyməsini aktiv etməyi unutmayın. Salam CVD CHANNEL izləyənləri hazırladığımız videolarlar sizlərə tarix, tarixi şəxsiyyətlər, tarixi hadisələr, döyüşlər, müqavilələr, üsyanlar, nəzəriyyələr, ideologiyalar, görkəmli şəxslər, elm, mədəniyyət, incəsənət, idman, astronomiya ,silahlar və döyüş texnikası, texnologiya , tarixi dövlətlər , tarixi sülalələr və müxtəlif elm sahələrinə uyğun maraqlı elmi faktlar və hadisələr barədə məlumatlar vermək üçün çalışacağıq. Ümid edirem videolar sizə faydalı olar!!! Videoları bəyənsəniz kanala dəstək olmaq və yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün Təşəkkürlər!!! Kanalıma ödənişsiz abunə olmağı unutmayın / @elmvebilik Music: "Hiding Your Reality" Kevin MacLeod (incompetech.com) Licensed under Creative Commons: By Attribution 3.0 License http://creativecommons.org/licenses/b... @elmvbilik3184