У нас вы можете посмотреть бесплатно Aslan Aşiq - Ya Fatimə! (s.a) Xanım Zəhranın (s.a) mövludu. Cəlilabad, Üçtəpə kəndi. 12.02.2020 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Cəlilabad rayonu, Üçtəpə kəndi. Fatimeyi Zəhra (s.a) məscidi. 12.02.2020 Xoş o kəsə varid ola Cənnətə, Eyləyə məhşərdə şəfa Fatimə. Qərq edər öz aşiqini rəhmətə, Ruha qida, qəlbə səfa Fatimə. Xilqətini sanma əzəl Adəmin, Ondan əzəl var yaranan, ol əmin! Yox idi hətta təməli aləmin, Vardı fəqət Nuri-Xuda Fatimə. Fatimədir, aləmə gövhərdir o, İzzətə bax, Sureyi-Kövsərdir o. Çox dedilər Əhmədə əbtərdir o, Tənələrə qoydu nida Fatimə. Agah ol ey hurilərin hurisi, Ali deyil Fatimədən qeyrisi. Var ona Allahın özəl sevgisi, Göstərib əhdində vəfa Fatimə. Hər kim ola Fatimənin aşiqi, Ol kəsi oddan qoruyar Xaliqi. Yalnız Əli olmuş onun layiqi, Ki, ola uğrunda fəda Fatimə. Fəxr eləməzmi Əli Zəhra ilə? Aləmə örnəkdir o cür ailə. Toy günü Allaha görə sailə, Dəsti libas etdi əta Fatimə! Fatimə haqqın uca meyarıdır, Fatimə Peyğəmbərin oxşarıdır. Fatimə biçarələrin yarıdır, Səslə edər dərdə-dava Fatimə. Aşiqi Zəhrada sözün doğrusu, Olmamalı zərrə ölüm qorxusu. Yovmi hesab yüngül olar sorğusu, Hər kimi eylərsə dua Fatimə. Fatiməsiz meyl eləmə cənnətə, Cənnət özü bağlıdır ol Höccətə. İstəsən Aslan yetəsən hacətə, Bircə dəfə zikr elə Ya Fatimə!