Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qusarçayda sel yolu apardı, Qubadan Rusiya sərhəddinə və Xudata gedən yol bağlandı! в хорошем качестве

Qusarçayda sel yolu apardı, Qubadan Rusiya sərhəddinə və Xudata gedən yol bağlandı! 7 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



Qusarçayda sel yolu apardı, Qubadan Rusiya sərhəddinə və Xudata gedən yol bağlandı!

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gündür əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır. Qubada yerləşən “5 saylı Yol İstismarı MMC”-nin mühəndisi Rövşən Babayev bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsinin azalandan sonra bərpa olunacaq. “Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa olunacaq”,-deyə Rövşən Babayev bildirib. Qusarçay üzərindəki uzunluğu 146 , eni 10 metr olan körpünün əsaslı təmiri isə sentyabr ayında başa çatdırılacaq.

Comments