У нас вы можете посмотреть бесплатно Tibb bacısı ilə sevgili olan evli kişinin meyiti çaydan tapıldı - 6 il bağlı qalan iş belə açıldı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
2015-ci il iyunun 18, Ağsunun Kəndoba kəndi… İsti yay günüdür… Bir də Ağsudan danışırıqsa, istini özünüz təsəvvür edin… Kənd sakini Ramiz Qarayevin qanı qaradı… Çünki onun ikinci oğlu, bir neçə ay əvvəl qonşudan oğurluq etdiyinə görə, həmin gün məhkəmə qərarı ilə həbs edilib... Bu hadisə Ramizə çox ağır təsir edir. O, tez-tez “qonşunun üzünə necə baxacağam?” — deyirmiş. Ramiz həmin gün səhər saatlarında işə gedir, günorta evə gəlib nahar edir və digər oğlu ilə birlikdə oğurluq edilmiş evin sahibi ilə görüşmək üçün evdən çıxır. Lakin bir daha qayıtmır. İyunun 19-u Ramizin qardaşı polis şöbəsinə gedərək onun itkin düşməsi barədə məlumat verir. 19 iyun 2015-ci il axşam saatlarında Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları Ramizin evinə gəlir, ailə üzvlərindən sorğu-sual aparır, izahat alıb gedirlər. Bu hadisədən sonra 18 gün ərzində Ramizi gördüm deyən olmur. Öncədən bir məqamı qeyd edim ki, bu 18 günün 10 günü ərzində Ramiz elə bir yerdə idi ki, əslində onu hamı görə bilərdi. Amma sadəcə kimsənin diqqətini çəkmir. Bu barədə az sonra…. Bəli, hadisədən 18 gün sonra 6 iyul 2015-ci il axşam saatlarında Ramizin oğlu anasına zəng edərək “evi səliqəyə sal, adamlar gələcək” — deyir. Həmin gün hava qaralana yaxın mərhumun oğlu ağlaya-ağlaya evə gələrək anasına “atamın meyiti tapılıb, onu öldürüblər, kisəyə qoyub çaya atıblar deyir. Beləliklə, təxminən üç həftə sonra iyulun 6-da 1956-cı ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olmuş Ramiz Qarayevin salafana bükülmüş meyiti Ağsu çayının kənarından tapılır. Təbii ki, meyit və əynində olan paltarlar həm keçən müddət, həm də istilər səbəbindən kəskin çürüməyə məruz qalmışdı. Elə həmin tarixdə tapılmış meyitlə bağlı polisin verdiyi məlumata əsasən, Ağsu rayon prokuroru tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin 2015-ci ildə başlanmasına baxmayaraq, qətlin kim tərəfindən törədildiyini müəyyənləşdirmək uzun müddət mümkün olmur. Bu dövrdə istintaq bir neçə dəfə uzadılır, istintaq qrupunun tərkibi dəyişdirilir. Ancaq qatil tapılmır ki, tapılmır. Bu hadisənin üstündən düz 6 il ötür… 2020-ci ilin iyun ayında təsdiqlənmiş yeni struktur əsasında Baş Prokurorluğun İstintaq İdarəsi uzun illər bağlı qalmış işlərə yenidən icraatını davam etdiriri. 2022-ci ildə sözaçdığımız işin üstünə də yenidən işıq salınır. Tozlu qovluqlar açılır və 18 gün meyiti kənddə sürüdülən Ramiz Qarayevin narahat sümükləri də öz qatilinin tapılacağına yenidən ümidlənir… İşə yenidən baxılır. Meyitin salındığı sellofan torba, həmin torbadakı boya ləkəsi və meydin boğazına bağlanmış sintetik ip ekspertizaya təqdim olunur. İstintaq həmçinin Ramiz Qarayevin həmin dövrdə kimlərlə telefon danışığı apardığını, kimlərə mesaj yazdığını da araşdırır. İstintaqçıların diqqətini həmin ərəflərdə mərhumun tez-tez danışdığı bir nömrə də çəkir… Tibb bacısı Nazənin…. #AğsuHadisəsi #AğsuCinayəti #KəndobaKəndi #Cinayətİşi #İstintaq #Xəyanət #EvliKişi #TibbBacısı #GizliMünasibət #tv11