У нас вы можете посмотреть бесплатно KİÇİK ALIŞ-VERİŞ.QIZIL ÜZÜKLƏRİM.YAĞ-SOĞANI DONDURDUM.XƏNGƏL.BÖREK.AZAD ÜÇÜN ALIŞ-VERİŞ. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
YARPAQ XƏNGƏLİ 😋 Resept🧾: 🫓 Xəmiri üçün: 4 stəkan un 1 yumurta 1 ç/q duz Aparana qədər su 🍝Üzəri üçün: 400 qr dana əti 4 ədəd orta ölçülü soğan 🧂🧂Zövqə görə : Duz Qara istiot Pul bibər Sarıkök Kərə yağı Qatıq Sarımsaq 🧑🍳 Hazırlanması: Ərzaqlar qarışdırılıb ələ yapışmayan bərk xəmir yoğrulur. Üzərini örtüb yarım saat yumşalması gözlənilir🫓 Qiymə üçün çəkilmiş ət və bir qədər su tavaya əlavə olunub qapağı örtülür və orta atəşdə bişirilir🥩 Suyu çəkildikdən sonra kərə yağı və ədviyyatlar əlavə edilib qovrulur🫕Halqavari doğranmış soğan və duz ayrı bir tavaya əlavə edilir. Qapağı örtülüb suyunu buraxması gözlənilir 🧅 Sonra qapaq açılır, yağ və sarıkök əlavə edilib yağ-soğan hazırlanır✅ Qatıq və xırda doğranılmış sarımsaq yaxşı qarışdırılır🥣 Dincəlmiş xəmir kündələrə ayrılır. 1 mm qalınlıqda açılır. Açılan yuxalar sacda 2-3 dəq o üz-bu üz pörtülür🫓 Daha sonra üst-üstə yığılıb kvadrat formalarda kəsilir 🧇🔪 Böyük bir qazanda su qaynadılır🍵1 xörək qaşığı duz, 1 xörək qaşığı duru yağ tökülüb qarışdırılır. Xəngəllər az-az içərisinə atılır. ~10 dəqiqə suyun üzərinə çıxana kimi bişirilir🥟Sonda qovrulmuş ət və sarımsaq-qatıq qarışığı ilə servis edilir 🍝 📌Sacı olmayanlar lavaşları soba listinin tərs üzünə qoyub sobada az dərəcədə qoymaqla təpidə bilərlər, sadəcə çox saxlayıb bişirməməyə diqqət edin 🥰 BÖREK 🥮 Resept🧾: 10 ədəd dönər lavaşı 350 qr pendir və ya şor 4-5 dəstə göyərti 2 x/q duru yağ 30-40 qr kərə yağı Çörəkotu Küncüt 🥣 İçlik üçün sous: 1 yumurta 3 x/q qatıq və ya süd 4 x/q duru yağ 75 ml su 🥣 Üzəri üçün sous: 1 yumurta 1 x/q qatıq və ya süd Hazırlanması🧑🍳: Göyərti yuyulub doğranılır və pendirlə qarışdırılır☘️ Lavaşların bir üzünə içlik üçün sous çəkilir🖌️Uzununa istiqamətdə içərisinə içlikdən qoyulur və dürüm kimi bükülür🥐Yağladığımız tavaya qoyulub dairəvi formada bir-birinin içinə keçirilərək bükülür🤗 Kərə yağı kiçik parçalara ayrılıb aralarına salınır🧈 Üzərinə çörəkotu və küncüt səpilir🍪 Əvvəlcədən 200° isidilmiş sobada bişirilir⏰ 📌Tez bişir. Çox bişirib yandırmamağa diqqət edin❤️ 📌İçlik kimi kartof püresi və qiymə də istifadə etmək olar❤️ 🥰Hazırlayan hər kəsə nuş olsun🥰