У нас вы можете посмотреть бесплатно Saxta "İmam Mehdi" insanları belə aldadıb - APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #AqilBabayev #İmamMehdi #cinayətişi #dələduzluq #məhkəmə #istintaq #Şaurma #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Saxta "İmam Mehdi" insanları belə aldadıb Bakıda özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihamda göstərilib ki, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib Əz-Zaman olmasına inandırıb. Təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. O, insanları təsir altına salaraq, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. İttiham olunan şəxs zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. Aqil Babayev ona deyib ki, lazım gələcəyi vaxtda zühur edəcək. Anar Aslanov verilən vədlərə inanaraq “Hyundai” Santa Fe markalı avtomobil də daxil olmaqla, 585 min 300 min manatlıq ziyana düşüb. Zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün ona ümumilikdə 543 min manat verib. Digər zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün Aqil Babayevə 134 min manat verib. İş üzrə dəymiş ziyan ümumilikdə 2 milyon 500 min manat təşkil edib. Aqil Babayev ittihama münasibət bildirərək özünü təqsirli bilmədiyini deyib. Proses avqustun 23-də zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdiriləcək. Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham elan edilib. Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv