У нас вы можете посмотреть бесплатно Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 23. həftəsi. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Artıq 23-cü həftəyə gəldik. Dölümüz 445-550 q çəki aralığındadır, uzunluğu 20 sm-dir. Analar dölün hərəkətini aktiv olaraq hiss edir, amma hərəkətlər hələ də davamlı olmaya bilər. Dölün davamlı hərəkətlərini adətən 28-ci həftədən sonra izləməyi analara tövsiyə edirik. Bu həftələrdə hələ də dölün dərisi büzüşmüş haldadır, çünki körpənin dərisi inkişaf etsə də, yağ toxuması hələ kifayət qədər deyil. Ağ ciyər də artıq inkişafa başlayıb. Ona görə də, 28-ci həftədən sonra doğulan körpələrin yaşama şansı var və əgər erkən doğum olarsa, reanimasiya şəraitində yaşamı lazımi həftəyə qədər davam etdirmək mümkündür. Uşaqlıq artıq ananın göbəyindən bir neçə sm yuxarı qalxıb və ana bu həftədə 5-6 kq çəki alıb. Yuxarı həftələrdə bəzən analarda burun qanamaları ola bilər. Bu, burundaxili damarların şişkinliyi ilə əlaqədardır. Bu şişkinliklər hormonal dəyişikliklərdən dolayı baş verir. Damarlar həm həssaslaşır, genişlənir, həm də şişkinlik olur. Ona görə bu cüzi qanaxmalara görə narahat olmaq lazım deyil. Belə olan hallarda arxası üstə uzanıb burnu sıxmaq və burun nahiyəsinə buz kompresləri qoyulmalıdır. Əgər qanaxma dayanmazsa, həkimə müraciət etmələri tövsiyə olunur. Bu həftədən etibarən artıq cift uşaqlıq boynundan ayrılır. Əgər cift hələ də aşağıda yerləşirsə, buna cift gəlişi diaqnozu qoyuruq. Cift gəlişi, yəni ciftin aşağıda yerləşməsi qanaxma yarada bilər. Belə hamilələrə dölün ağciyərlərinin erkən açılması üçün kortikosteroid tərkibli iynələr vururuq. Cift gəlişi olan hamilələr bu iynələri vaxtında vurmalıdırlar, çünki pasientlər artıq belə bir qanamayla bizə müraciət etdikdə o iynəni vurmağa zamanımız olmaya bilər. Belə pasientləri dərhal doğuşa almalı oluruq və onlara qeysəriyyə tətbiq olunur. Cift gəlişi olan xanımlara hamiləliyin bu dönəmində cinsi yaxınlığı qadağan edirik, yataq istirahəti məsləhət görürük və daha tez-tez kontrola çağırırıq. Bundan başqa, bu həftələrdə hamilələrin təzyiqi arta bilər. Təzyiq mütəmadi kontrol edilməli, əgər tez-tez başağrıları, ayaqlarda şişmələr olarsa, mütləq həkimə müraciət edilməlidir. Beləliklə, hamiləliyin 23-cü həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin. Məni izləyin: / dr.rahshanda / vaginizm_mualice_merkezi / uzmra https://rexshendeaslanova.az/ 🏥Baku Medical Plaza Mərkəz filialı 📞0552260635