У нас вы можете посмотреть бесплатно Xərçəng xəstəliyinə qalib gələn qadın или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
3 il depressiyada olub, özünə ölüm arzulayan Aynur həmin günlərdə xərçəng xəstəsi olduğunu öyrənir. “Hamama girdim çıxdım bütün həyatım dəyişdi”- deyir. Yuyunanda sinəsində şiş olduğunu fərq edir. Əli ilə toxunanda ağrı hiss eləmir. “Ağrı yoxdursa, demək xərçəngəm dedim və anamı çağırdım”. Analizlər də onun fikrini təsdiqləyir, süd vəzisində xərçəng aşkarlanır. Xəstəliyi 3-cü mərhələdə olub. 2016-cı ildə xərçəngə tutulduğunu öyrənəndə fikrini dəyişir, artıq ölmək istəmirdi. O, müalicələrə başlayır, 5 saatlıq əməliyyat keçirir və sonra xərçəngə qalib gəlir. İndi hər 6 aydan bir analiz verir və xəstəlikdən əsər-əlamət qalmadığını görür. Deyir, hər şey nə düşündüyünlə bağlıdır. Əgər özünü xəstə hesab etmirsənsə, demək xəstə deyilsən. 1993 –cü ildən Ümumdünya Səhiyyə Təşkilatı oktyabrı süd vəzi xərçəngi ilə mübarizə ayı elan edib. Təşkilata görə hər il dünyada 1 milyondan çox yeni süd vəzi xərçəngi xəstəliyi aşkar olunur. Süd vəzi xərçəngi ildə 400 mindən artıq insanın həyatına son qoyur.