У нас вы можете посмотреть бесплатно Möminə Xatun türbəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Möminə Xatun türbəsi Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Mömünə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Məqbərə Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir. Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Mömünə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdırmışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Mömünə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir Türbə, kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə malikdir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır. Mömünə Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur Üzlərdəki sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir. İnteryeri qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir. Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Hazırda Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Mömünə Xatun türbəsinin UNESCO-nun mədəni irsin qorunması siyahısına salınması istiqamətində işlər görülür.