У нас вы можете посмотреть бесплатно Mədəaltı Vəzi ÖLDÜRƏN Qidalar - Qətiyyən Yeməyin! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #sağlamlıq #mədəaltıvəz Salam dəyərli izləyicilərim.Bu gün sizə ən vacib orqanlarımızdan biri olan mədəaltı vəzə zərər verən və ona faydalı qidlar barəsində danışacam. Bilirsiz ki, mədəaltı vəzinin funksiyasının pozulması zamanı bir çox ciddi xəstəliklər meydana çıxır. Bunlara pankreatiti, şəkərli diabeti, orqanlarda daş əmələ gəlməsini, yaxud şişləri misal göstərmək olar. Lakin yediyimizə, içdiyimizə fikir versək, orqanımızı həm qoruya, həm də bu cür ağır xəstəliklərin qarşısına keçə bilərik. Necə? Videomuzda biləcəksiz. Mədəaltı vəzinin xəstəliklərinin ilkin simptomları bəzən ümumi səciyyələndirilir. Bunlar qarının yuxarı hissəsində və sol qabırğa altında qəfildən meydana gələn ağrılardır. Bəzən diskomfort sol kürəkdə də hiss oluna bilir. Mədəaltı vəzinin axım qabiliyyəti aşağı düşəndə onun istehsal etdiyi fermentlər daxildə depolanır. Bu da sancı verir. Mədəaltı vəzi qidanın həzm olunmasında iştirak edir və maddələr mübadiləsini tənzimləyir. Yağ turşularının ürək, böyrək və əzələlər üçün vacib olduğunu artıq hamımız bilirik. Mədəaltı vəzi məhz yağ turşularının parçalanmasında iştirak edən xüsusi ferment istehsal edir. mədəaltı vəzi qanda şəkərin miqdarını tənzimləyən insulin istehsalına da cavabdehdir. Mədəaltı vəzi qrelin ifraz edir. Qrelin insanda aclıq hissi yaradır, həmçinin, qidanın həzminə kömək edən əsas fermentlərdəndir: işi karbohidratların, zülalların, yağların mübadiləsidir. Bəs, necə etmək olar ki, orqanın sağlamlığına nəzarət etmək mümkün olsun? Ən birinci, sağlam və düzgün qidalanmadır. Bəli, rasionunuzu dəyişməklə mədəaltı vəzidə iltihabi proseslərin irəliləməsinə mane olarsınız. Beləcə, vəziyyət daha da kəskinləşməz. Mədəaltı vəzi üçün zərərli olan qidalar. Kolbasa və sosiskalar. Bu məhsullarda xeyli yağ və qida rəngləndiriciləri var. Hər ikisi də, mədəaltı vəziyə məhvedici təsir göstərir. Tez-tez kolbasa və bu kimi emaldan keçirilmiş ət məhsulları yemək artıq çəkiyə, pankreatitin yaranmasına və inkişafına gətirib çıxara bilər.. Yarımfabrikatlar. Bu məhsullar, əksər hallarda, mədə-bağırsaq sisteminin öhdəsindən çətinliklə gəldiyi trans yağlarla zəngin olurlar. Hətta sağlam insan üçün belə, bu məhsullar zərərlidir. Şirniyyat məhsulları. Onların tərkibində çoxlu şəkər və mənbəyi bilinməyən yağ olur. Belə ki, şirniyyatların hazırlanmasında bitki yağından, heyvan yağından istifadə olunur. Bütün bunlar birlikdə ciddi patologiyaların inkişafına təkan verir. Tərkibində şəkər olan digər qidalar. Konfetdən tutmuş, qazlı içkilərədək bu kateqoriyaya aiddir. Hamısında normadan artıq şəkər var. Normadan artıq şəkər mədəaltı vəzini məcbur edir ki, daha çox insulin ifraz etsin. Nəticədə, zamanla insulin istehsalı azalır və II tip diabet yaranır. Şəkərdən hədsiz istifadə etmək artıq çəkiyə və piylənməyə də səbəb olur. Yaxşı olar ki, bu cür şirnilərin əvəzinə təbii meyvə püresi, şəkərsiz şokolad, püstə əzməsi kimi məhsullar qəbul edəsiniz. Bir şeyi əsla unutmayın. Mədəaltı vəzinin ən sevmədiyi şey həddən artıq yeməkdir. “Süfrədən doymamış qalxın” atalar sözü boşuna deyilməyib. Gün ərzində az-az, tez-tez yeməklə, mədəaltı vəzinin iş prinsipinə daha çox dəstək ola bilərsiniz. İndi də keçək Orqanın sağlamlığı üçün təbii reseptlər. Yediyimiz qidalar sağlamlığımıza və əhval-ruhiyyəmizə təsir edir, bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Mədəaltı vəzinin xəstəliklərindən danışırıqsa, xroniki pankreatiti xüsusi qeyd etməliyik. Əgər sizin rasionunuzda yağlar üstünlük təşkil edirsə, əvəzində, zülal az miqdardadırsa, bu, mədəaltı vəzinin fəaliyyətinə mənfi təsir edə bilər və onu gücə salar. Orqan məcbur olar ki, daha çox ferment istehsal etsin. Balanslaşdırılmamış qidalanma artıq çəki və yağlanma ilə, əksər hallarda da, qanda triqliseridlərin səviyyələrinin artımı ilə nəticələnir. Baş verənlər isə mədəaltı vəzidə yağların toplanmasının, pankreatitin inkişafının səbəblərindəndir. Sizinlə xalq təbabətinin sınanmış vasitələrinin reseptini paylaşıram. Çobanyastığı. 2 xörək qaşığı çobanyastığı çiçəyi, 2 xörək qaşığı dazı otu, 1 xörək qaşığı bağayarpağı yarpaqları, 1 xörək qaşığı bataqlıq qurucası, 1 çay qaşığı acı yovşan, 1 çay qaşığı boymadərən götürün. Hamısını bir qabda qarışdırın. 1 xörək qaşığı bitki yağı əlavə edin. Qarışımı 1 litrlik termosa tökün və termosu yarıyadək qaynar su ilə doldurun. 40 dəq gözləyin. Sonra cuna ilə süzün. Alınan qatı məhlulu gündə 3 dəfə, hər dəfə 100 ml olmaqla 3 həftə dayanmadan için. Brokoli. Tərkibindəki apigenin sayəsində mədəaltı vəzinin hüceyrələrini patogenlərin mənfi təsirlərindən qoruyur. Maksimal ölçüdə faydalanmaq üçün brokolini çiy-çiy yemək məsləhətdir. Belə yeyə bilməsəniz, buxarda bişirmək ən ideal üsuldur. İspanaq. Mədəaltı vəzinin sağlamlığını dəstəkləmək üçün ispanaq əla seçimdir. Tərkibində ispanaq və digər tərəvəzlər olan pəhriz bu orqanın ciddi patologiyalarında etibarlı müdafiəyə zəmanət verir.