У нас вы можете посмотреть бесплатно "Babək qalası" /قلعه بابک / Babek Kalesi / Babak Castle / Babek qalasi / Görməyənlər izləsin ! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
fon mus: Mircavad Cəfərov /ud/__ Ramin Həsənov /skripka/ "İranda olarkən, tarixin dərinliklərindən miras qalan möhtəşəm “Babək qalası” -nin videosunu çəkdim və sizinlə paylaşıram. Qala, cənubi Azərbaycanda Kəleybər şəhərinin yaxınlığında yerləşir. Qalanın tam tikinti tarixi bəlli deyil. Çünki bu qala zamanla genişlənib, dəyişib və dəfələrlə yenidən qurulmuşdur. İlk tikinti mərhələləri, mərkəzi Azərbaycanın qədim dövründən başlayaraq fərqli tarixlərdə göstərilir. Qalanın tam inşa tarixi ilə bağlı dəqiq məlumatlar əldə etmək çətin olur. Amma onun Sasanilər dövründə (224-651-ci illər) tikildiyi güman edilir və daha sonra 9-cu əsrdə Babək Xürrəmdin tərəfindən Abbasilərə qarşı müqavimət göstərmək üçün istifadə olunmuşdur. “Babək qalası”, hekayələrin tarixini özündə ehtiva edən səssiz şahiddir. Bu abidəyə baxarkən, adamı isti bir həzin hiss bürüyür. Babəkin qəmli hekayəsi hər kəsin gözləri önündə canlanır. Bu qalada keçmiş zamanın əks-sədası səslənir və bu tikililəri görərkən istər-istəməz dayanırsan....xəyallara dalırsan...buradakı keçmiş həyatı, olmuşları göz önünə gətirib fantaziya qurursan... “Babək qalası”, bir müqavimət simvoludur, qaranlığın işığını təmsil edir və ən çətin anlarda belə ümidi qorumaq üçün gücümüzü xatırladır. Bu qala, dünənlə bu günün qovuşduğu bir nöqtədir. Babək bu qalaya sığınmış və iyirmi il ərəb xilafətinə qarşı vuruşmuşdur. Onu yenə bilməmişlər. Lakin xəyanət nəticəsində ərəblər tərəfindən ələ keçiriımişdir. Amansız bir şəkildə işgəncə görmüş, ayaqları, qolları kəsilmiş və dərisi soyularaq edam edilmişdir. Babək son dərəcə ruhlandırıcı şəxsiyyət idi. Ömrü boyu göstərdiyi qətiyyət, cəsarət və əzm ətrafdakı insanlara vətənpərvərlik hissi aşılamışdır. Babək adı, Azərbaycanın tarix kitablarına qızıl hərflərlə yazılmış bir qəhrəmandır. O, təkcə özünün deyil, bütün xalqların azadlıqlarını müdafiə edən lider idi. Onun liderliyi və cəsarəti zamanla əfsanəyə çevrildi. Babəkin xalqına sədaqəti, azadlıq eşqi, onu Azərbaycanın qəhrəmanına çevirdi. Haqsızlığa qarşı durdu, ədaləti müdafiə etdi. Babək gələcək nəsillərə həyatda üzləşdiyi çətinliklərə sinə gərməyin, inancını qorumağın nə qədər vacib olduğunu göstərdi. Babəkin ölümü yalnız bədəni ilə məhdudlaşdı. Onun irsi və təsiri hələ də yaşayır. Onun igidliyinin və müqavimətinin izləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Babək təlimləri insanları azadlıq, ədalət və ləyaqət uğrunda mübarizəyə təşviq etməkdə davam edir. Onun cəsarəti və liderlik bacarığı tarixdə unudulmaz iz qoyub. Babəkin xatirəsi gələcək nəsillər tərəfindən yaşadılacaq. Çünki o, azadlıq mücahidi və ilham mənbəyidir. Və sonda, - Babək Azərbaycanın müstəqillik mübarizəsində simvola çevrilmiş qəhrəmandır. Yaşasın müstəqil Azərbaycan!" Rüstəm Kəsəmənli (playlist) /araşdırmaçı alim/ -- https://www.youtube.com/ Azərbaycan musiqisi (playlist) • "Azərbaycan musiqisi" - playlist #AzərbaycanTarixi, #ƏrəbXilafəti, #CənubiAzərbaycan, , #SəfəvilərDövləti, #BabəkXürrəmi, #BabəkQalası, #BabekKalasi