У нас вы можете посмотреть бесплатно DİQQƏT! Hansı kistalar əməliyyat olunmalıdır? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Facebook: / uzm.dr.resadsultan İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan Tel: +994 51 717 55 15 Yumurtalıqlar kiçik çanaq boşluğunda yerləşmiş orqanlar olub, irsi anomaliyalardan xərçəngə qədər dəyişən çox müxtəlif xəstəliklərə sahib ola bilər. Bunların bir hissəsi hüceyrə çoxalması ilə bağlı problemlər olub, digər hissələri menstrual tsikl boyunca müşahidə olunan, adətən özbaşına sağalan funksional və kistik strukturlardır. Bu səbəbdən də, yumurtalıqlarda rast gəlinin hər kistik strukturlar əməliyyata ehtiyac yoxdur, lakin diferensial diaqnostikası bir qədər çətindir. Yumurtalıqlar yerləşmə yerinə görə pataloji hallarda daha az kliniki əlamətlər verən və klinik dəyərləndirmənin aparılması çətin olan orqanlardır. Bu səbəbdən də, xərçəng xəstəliklərində diaqnoz qoyulan zaman xəstəlik kifayət qədər irəliləmiş olur. Xəstələr daha çox irəli mərhələlərdə olan xərçənglə müraciət edirlər. Yumurtalıq xəstəlikləri üçün hal – hazırda güvənli diaqnostik testlər mövcud deyil. Bunun üçün ən vacib üsul periodik ginekoloji müayinədir. Yumurtalıq patalogiyalarının özünü yumurtalıq böyüməsi şəklində göstərdiyini nəzərə alaraq, xəstələrin çoxunda pataloji proses aşkar edilə bilər. Xüsusən də reproduktiv funksiya ilə bağlı funksiya və problemlərin sona çatdığını düşünən, ginekoloji müayinə üçün müraciət etməyən irəli yaşlı qadınlarda müayinənin aparılmasının xüsusi önəmi vardır. Bu bizim ölkə kimi sağlıq təhsilinin yetərli olmadığı ölkələrdə daha önəmlidir. Periodik müayinənin aparılma tezliyi üçün təyin edilmiş dəqiq vaxt yoxdur, lakin praktik olaraq heç bir şikayəti olmayan qadınların 6 ayda bir dəfə müayinə edilməsi məqsədə uyğundur.