• ClipSaver
ClipSaver
Русские видео
  • Смешные видео
  • Приколы
  • Обзоры
  • Новости
  • Тесты
  • Спорт
  • Любовь
  • Музыка
  • Разное
Сейчас в тренде
  • Фейгин лайф
  • Три кота
  • Самвел адамян
  • А4 ютуб
  • скачать бит
  • гитара с нуля
Иностранные видео
  • Funny Babies
  • Funny Sports
  • Funny Animals
  • Funny Pranks
  • Funny Magic
  • Funny Vines
  • Funny Virals
  • Funny K-Pop

Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK... скачать в хорошем качестве

Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK... 1 год назад

скачать видео

скачать mp3

скачать mp4

поделиться

телефон с камерой

телефон с видео

бесплатно

загрузить,

Не удается загрузить Youtube-плеер. Проверьте блокировку Youtube в вашей сети.
Повторяем попытку...
Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK...
  • Поделиться ВК
  • Поделиться в ОК
  •  
  •  


Скачать видео с ютуб по ссылке или смотреть без блокировок на сайте: Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK... в качестве 4k

У нас вы можете посмотреть бесплатно Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:

  • Информация по загрузке:

Скачать mp3 с ютуба отдельным файлом. Бесплатный рингтон Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK... в формате MP3:


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



Menopauzanın Əlamətləri Nədir? - Qadınlarda İSTİ BASMA, CİNSİ İSTƏKSİZLİK...

#klimaks #menopauza #qadın Menopauza – qadınlarda aybaşı dövrünün kəsilməsinə deyilir. Menopauzaya keçməklə əlaqədar qadın orqanizmində hormonal dəyişikliklər baş verir. Bu da müxtəlif əlamətlərlə özünü göstərir. Menopauza neçə yaşında başlayır və nə qədər davam edir və əlamətləri nələrdir? Videomuzda biləcəksiniz. Menopauza orta hesabla 51 yaşında başlayır. Orta davam müddəti 48 yaşından 55-ə qədərdi. Qadınların təxminən 1%-ində bu vəziyyət vaxtından qabaq başlayır və ilk əlamətlər artıq 40 yaşına qədər özünü göstərir. Menopoauza siqaret çəkən, heç vaxt hamilə qalmayan və yüksək dağ şəraitində yaşayan qadınlarda vaxtından tez başlayır. Gecikmiş menopauza Gecikmiş menopauza 55 yaşından yuxarı qadınlarda baş verir. Səbəbləri adətən irsi xarakter daşıyır və süni surətdə onu tezləşdirmək praktik olaraq mümkün deyil. Belə vəziyyətin təhlükəsi yumurtalıq və süd vəzlərində onkoloji törəmə riskinin olmasındadır, çünki onlar estrogendənasılı orqanlardı. Bu səbəbdən cinsi hormonların sekresiyasının davam etməsi zamanı belə xəstəliklərin baş vermə ehtimalı artır. Mənfi nəticələrin baş verməməsi üçün, hər bir qadın yaşından asılı olmayaraq ildə bir dəfə ginekoloqun müayinəsindən və mammoqrafiyadan keçməlidir. Menopauzanın səbəbləri Bu dövrün başlanması ilə yumurtalıqlarda aktiv yumurtahüceyrələrin miqdarı azalır. Qadınlar doğularkən onların yumurtalıqlarında 1 milyondan 3 milyona qədər yumurtahüceyrə olur, menstruasiya başlayanda adətən 400 000-ə qədər azalır. Klimaks dövrünə isə təxminən 10 000-ə qədəri qalır. Klimaks vaxtı yumurtahüceyrələrin miqdarı çox sürətlə azalır və menstruasiya dayandıqda tək-tük follikul qalır ki, sonradan onlar da itir. Estrogenlər (qadın hormonları) orqanizmin bir çox hissələrinə – damarlara, ürəyə, sümüklərə, süd vəzlərinə, uşaqlığa, sidik-ifrazat sisteminə, dəri və baş beyinə təsir edir. Onların səviyyəsinin azalması klimaksın bir çox əlamətlərinin səbəbi hesab olunur. Klimaksın başlanması ilə əlaqədar, yumurtalıqda cinsi meylə cavabdeh olan testosteron hormonunun da sintezi azalır. Klimaks özünü necə göstərir? Klimakterik dövrün 10 ən çox rast gəlinən əlamətlərini sadalayaq: Onun ən birinci əlaməti – istilikbasmalardı (istilik gəlməsi). Bəzi tədqiqatlara əsasən, bu, qadınların 75%-ində baş verir. Adətən, o, bütün bədənə yayılan, 30 saniyədən bir neçə dəqiqəyə qədər davam edən istilik hissi ilə özünü göstərir. Belə vəziyyət tez-tez dərinin qızarması, ürəkdöyünmə, titrətmə, tərləmə və həmçinin yuxusuzluqla müşayiət olunur. İstilikbasma adətən 3 ilə qədər davam edir, lakin bəzi qadınlarda 5 il və daha çox çəkə bilər. Az qisim qadınlarda istilikbasmanın davam müddəti 15 ilə qədər olur. Sidik qaçırma, sidik ifrazının göynədici olması. Vaginal dəyişikliklər: estrogenlər uşaqlıq yolunun selikli qişasına təsir edir, buna görə də cinsi əlaqənin ağrılı olması və vaginal ifrazatın xarakterinin dəyişilməsi mümkündür. Klimaks zamanı ifrazat menstruasiyanı xatırladır, amma onun olması zamanı mütləq həkimə müraciət etmək lazımdır. Süd vəzləri formasını dəyişir ki, bu da vəz toxumasının tədricən baş verən atrofiyası ilə əlaqədardı. Dərinin quruması və nazilməsi, tüklərin tökülməsi. Sümük toxumasının kütləsinin sürətlə azalması. Qadınların əksəriyyətində sümük toxumasının sıxlığı 25-30 yaşlarda maksimuma çatır, sonra isə ildə 0,13% azalır. Klimaks zamanı sümüyün kütləsinin azalma sürəti ildə 3%-ə qalxır. Belə vəziyyət nə ağrı, nə də digər xoşagəlməz hisslər verir. Klimaks zamanı adətən xolesterin profili ciddi şəkildə dəyişir. Ümumi və "pis" xolesterinin səviyyəsi artır. Bu ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiq qalxa bilər. Bir çox qadınlar həmçinin təzyiqin düşməsindən və baş ağrılarından şikayətlənir. Çəkinin artması. Klimakterik dövrdə olan qadınlar arasında aparılan tədqiqatlar göstərir ki, onların çəkisi orta hesabla 3 ilə 5 kiloqram artır. Bunun da mümkün səbəblərinə həm klimaks, həm də orqanizmin ümumi qocalması aiddir. Çəkinin artması ilə yanaşı, yağ və karbohidrat mübadiləsinin pozulması, ürəyin işemik xəstəliyi və 2-ci tip şəkərli diabetin inkişafı ilə müşayiət olunan menopauzal metobolik sindrom formalaşır. Tez-tez baş verən emosional dəyişikliklər – qıcıqlanma, həyəcan, depressiya, izah olunmayan zəiflik, əhvalın dəyişkənliyi ola bilər. Onlar həm hormonal disbalansın bilavasitə təsirilə, həm də stres faktorları – tək qalma, gözəlliyi itirmə təhlükəsi, qocalmanın yaxınlaşması hissi və s. ilə əlaqədardı. Klimaks vaxtı hamilə qalmaq olar? Aybaşı olan (hətta qeyri-requlyar) və cinsi həyat yaşayan qadın hamilə qala bilər. Hamiləliliyin qarşısını almaq və klimaksın əlamətini, məsələn, istilikbasmanı götürmək məqsədilə, həkim, tərkibində az miqdarda estrogen olan kontraseptivlər təyin edə bilər. İstənilən halda, aybaşının 1-3 gündən artıq gecikməsi zamanı ev şəraitində hamiləlik testi etmək lazımdır.

Comments

Контактный email для правообладателей: [email protected] © 2017 - 2025

Отказ от ответственности - Disclaimer Правообладателям - DMCA Условия использования сайта - TOS



Карта сайта 1 Карта сайта 2 Карта сайта 3 Карта сайта 4 Карта сайта 5