У нас вы можете посмотреть бесплатно Aybaşı Qanı Az Gəlirsə DİQQƏTLİ OLUN! - Səbəbi Budur или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şəhla Hüseynova - Ginekoloq Tel: 050 989 82 52 İnstaqram: Ginekoloq_shehla.huseynova. / ginekoloq__shehla.huseynova Menstruasiya (aybaşı) – hər bir qadın orqanizmi üçün çox vacib prosesdir. Bu barədə məlumatsızlıq, adətən, bizi boş şeylərdən ötrü narahat olmağa və ya ciddi problemlərə fikir verməməyə səbəb olur. Bu məqalədə biz "kritik günlərlə" bağlı bütün suallara cavab verməyə çalışıcağıq. Menstruasiya zamanı qan itkisi çox olmur. Orqanizm onu çox tez bərpa edir. Orta hesabla qadın gün ərzində 20-50 qr qan itirir, bütün menstruasiya zamanı orta hesabla 250 qramdan çox olmur. Aybaşı qanı adətən al-qırmızı rəngdə, spesifik iyli olur və bir qayda olaraq laxtalanmır. Əgər aybaşı qanında laxta görsəniz qorxmağa dəyməz. Bu ondan irəli gəlir ki, fermentlər ifrazatın hamısının öhdəsindən gələ bilmir və qanı dəyişilməmiş şəkildə buraxır, o da, uşaqlıq yolunda toplanıb laxtalanır. Həmçinin laxtalar uşaqlıqdaxili spialdan istifadə edən qadınlar üçün xarakterikdir. Bu laxtalar – mayalanmış yumurtahüceyrənin qalıqlarıdır, hansı ki, uşaqlıqda bitişməyə yer tapa bilməməşdir. Menstruasiyanın əvvəlində və sonunda olan qanlı yaxıntı da normaldır, lakin bu iki gündən çox olmamalıdır. Menstruasiyadan sonra həddən artıq qanlı yaxıntı müxtəlif ginekoloji xəstəliklərin (poliplər, kistalar,endometrioz və s.) əlaməti ola bilər. Belə halda mütləq ginekoloqa müraciət etmək lazımdır. Ağrılı menstruasiya Vacib məsələlərdən biri də budur. Menstruasiya ağrılı olmalıdırmı? Bu təbii proses müxtəlif əlamətlərlə müşayiət olunur. Menstruasiya dövründə baş verən hormonal dəyişikliklər qadının bütün orqanizminə təsir edir. Buna görə döşlər böyüyür, ağırlaşır, gərgin olur. Bəzi qadınlar yorğunluq, zəiflik hiss edir, digərlərində nəbz və tənəffüs tezləşir, onları titrətmə tutur, üçüncülərin ayaqları ağırlaşır, dördüncülərdə bel ağrıları və ya qarnın aşağısında göynəmə olur... Bütün bunlar predmenstrual sindromun əlamətləridir, hansı ki, hamıda ola bilər. Fizioloji nöqteyi nəzərdən onlara ciddi fikir vermək lazım deyil. Lakin, əgər bu simptomlar əmək qabiliyyətinin itirilməsinə səbəb olursa, onda ginekoloqa müraciət etmək lazımdır.