У нас вы можете посмотреть бесплатно Kölgələr sürünür (1958) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
12+ Arxeoloq Cavadov elmi əsası olmayan, saxta dəlillərlə dissertasiya müdafiə edir. Onun qənaətinə görə qədim Aran şəhəri ölkədən kənardadır. Onun saxta dissertasiyasını qayınatası - dürüstlüyü, peşəkarlığı ilə nüfuz qazanmış professor Rəşid Sərdarlı müdafiə edir. Digər arxeoloq Kamal Zahidov Cavadovun əleyhinə gedir və əsaslandırır ki, onun dəlilləri saxtadır, həmin ərazi Qızılqaya deyilən yerdə yerləşir, ölkədən kənarda mövcud ola bilməz. Kamal Zahidov hələ müharibə başlamazdan əvvəl öz opponentlərinin fərziyyələrini dəlil-sübutla rədd etmək üçün Qızılqaya yamacında qazıntılar aparmış və dəyərli tapıntılar əldə etmişdi. Müharibə başlananda qazıntı işlərini yarımçıq qoyub, cəbhəyə gedən Zahidovun döyüşlərdə həlak olması xəbəri yayılır. Lakin qələbədən sonra sağ-salamat işinə qayıdan arxeoloq tapdığı eksponatların institutdan yoxa çıxdığını görür. Üstəlik, sevdiyi qız Leyla başqasına - Cavadova ərə gedib. Disertasiyasında Aranın Azərbaycan şəhəri olmadığını sübut etməyə çalışan Cavadovun yaratdığı süni maneələri dəf edən Zahidov Qızılqayaya yeni ekspedisiya göndərilməsinə nail olur. Hər vasitə ilə Zahidova mane olmağa çalışırlar. İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: 26.09.1958 Texniki göstəricilər: 35 mm, 4:3, a/q Janr: macəra, dram Rejissorlar: İsmayıl Əfəndiyev, Şua Şeyxov Ssenari müəllifi: Qılman İlkin Operator: Əsgər İsmayılov Rəssam: Məmməd Hüseynov Bəstəkar: Rauf Hacıyev Rollarda: İsmayıl Dağıstanlı (Kamal Zahidov), Ələsgər Ələkbərov (professor Rəşid Sərdarlı), Əli Zeynalov (İmamzadə), Möhsün Sənani (Cavadov), Leyla Bədirbəyli (Leyla), Mirzə Babayev (Cəlil), Sürəyya Qasımova (Afət), Ələkbər Hüseynzadə (Murtuz), Məmmədrza Şeyxzamanov (Qafar Niyazov), Rəhilə Cabbarova (Cahan), Münəvvər Kələntərli (Məsmə)