У нас вы можете посмотреть бесплатно Kamil Əhmədov "Rast" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ustad tarzən, pedaqoq, Əməkdar mədəniyyət işçisi Kamil Əlisəttar oğlu Əhmədov 1920-ci ildə Bakıda anadan olub. Kamil Əhmədov 1936-cı ildə 16 yaşında Azərbaycan Dövlət Musiqi Məktəbinin tar sinfinə daxil olur, 17 yaşında isə Azərbaycan Dövlət Filarmoniyasınıın Xalq Çalğı Alətləri Orkestrinə dəvət edilir. Tar sinfində dövrünün məşhur tarzənləri Mirzə Mansur Mansurov və Əhməd Bakıxanovdan dərs alır. 1946-cı ildən müəllimlik fəaliyyəti ilə yanaşı Seyid Şuşinski ilə birgə çalışmağa başlayır. Seyid Şuşinski vəfat etdikdən sonra Kamil Əhmədov 1996-cı ilə qədər Asəf Zeynallı adına Musiqi Texnikomunda pedaqoji fəaliyyətini davam etdirir. Kamil Əhmədov zəngin pedaqoji fəaliyyəti ərzində çox sayda tələbə yetişdirib. Onlar sırasında ustad tarzən Elxan Müzəffərov, Xalq artistləri Ağasəlim Abdullayev, Möhlət Müslümov, Adil Bağırov, Elçin Həşimov, Əməkdar İncəsənət xadimi Məmmədağa Kərimov, Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli və bir çox tanınmış tarzən var. Əməkdar mədəniyyət işçisi Kamil Əhmədov 1996-cı ildə vəfat edib.