У нас вы можете посмотреть бесплатно AZƏRBAYCAN-AVROPA İTTİFAQI ARASINDA AVİASİYA RAZILAŞMASI İMZALANA BİLER или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan və Avropa İttifaqı vahid aviasiya əlaqəsi barədə razılaşmanın bağlanmasına 99% yaxınlaşıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, hazırda sənəd üzərində son tamamlama işləri aparılır. Məsələ ilə bağlı Avropa nümayəndələrinin növbəti səfəri gələn ilin yanvarında gözlənilir: “Mən çox ümid edirəm ki yaxın zamanlarda cavab alacağıq. Avropa İttifaqının bütün ölkələrini razı salmağa çalışacağıq. Bu asan deyil. Amma biz çalışacağıq. Ümid edirik ki, bu səfər yanvar ayında baş tutacaq. Bu saziş bütün Avropa İttifaqı ölkələrinin aviaşirkətlərinə böyük töhvə verə bilər. Avropa ittifaqının təcrübəsi göstərir ki, belə sazişlərin imzalanması, ilk növbədə aviabiletlərin qiymətini aşağı salacaq. İkincisi müxtəlif ölkələrə uçuşların sayını artıracaq. Üçüncüsü isə ölkəyə investorların və turistlərin axınına səbəb olacaq”.