У нас вы можете посмотреть бесплатно Xərçəng Yaradan 11 QİDA - AMAN DİQQƏT! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu 11 qida xərçəng xəstəliyi riskini artırır. Videonu diqqətlə sona qədər İzləyin. Dünyanın xərçəng kabusu: Bu gün qidaların tərkibinin dəyişdirilməsi, rafinə qidaların, genetic modifikasiya olunmuş qidaların olması bədənin immunitetinin zəifləməsinə gətirib çıxarır. Bu immunitet zəifləməsi də son nəticədə xərçəngin yaranmasına gətirib çıxarır. Son illər ərzində Azərbaycanda da xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb. Diqqətçəkən məqam isə xəstəliyin gəncləşməsidir, artıq bu xəstəliklə yaşlılarla yanaşı, gənclər də mübarizə aparır. Bəs görəsən xəstəliyin sürətlə artmasına və gəncləşməsinə səbəb nədir. Dəyərli izləyicilər videoların analitikasına baxanda videoya baxanların çox az hissəsinin abunə olduğunu görürəm bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Aparılan bir neçə araşdırma zamanı əldə edilən nəticələr ümumiləşdirildikdə, hansı qidaların xərçəng əmələ gətirdiyi məlum olub. Xərçəng xəstəliyinə səbəb olan 11 qida. İsti içkilər. Son tədqiqatlar göstərdi ki, həddindən artıq isti içkilərin müntəzəm olaraq istehlak edilməsi yemək borusuna zərər verə bilər və boğaz xərçənginə səbəb ola bilər. Odur ki, qəhvə və çay qəbul edərkən ağzı yandırmadan içməyə və çox içməməyə diqqət yetirilməlidir. Trans yağlar. Trans yağlar qida istehsalçıları tərəfindən həyata keçirilən hidrogenləşdirmə adlanan proses vasitəsilə maye haldan bərkə çevrilərək əldə edilir. Bu proses müxtəlif məhsulların raf ömrünü uzatmaq üçün edilir. Sənaye məhsulları olan trans yağ növləri bədən sağlamlığına çox zərərlidir. Bir çox qablaşdırılmış qidada olan bu yağ, həddindən artıq istehlak edildikdə xərçəng törədicisi olmaqla yanaşı, bir çox ciddi xəstəliyə səbəb ola bilər. Alternativ olaraq, bu cür dadlı yeməkləri istehlak etmək istədiyiniz zaman çox olmamaq şərti ilə kərə yağı kimi doymuş yağ ehtiva edən qidalara üstünlük verilə bilər. Yetişdirilən balıq. Çay və okean balıqlarından fərqli olaraq, süni göllərdə və hovuzlarda yetişdirilən balıqlara antibiotiklər, kimyəvi dərmanlar verilir. Bu da sonradan artıq çəkiyə və orqanizmdə toksinlərin yığılmasına gətirib çıxarır. Təzə balıq yemək bədən üçün çox faydalı ola bilər, lakin kanservantlar və əlavələr daxil olduqda, sağlamlığınıza zərər verə bilər. Turşu növləri. Turşunun orqanizmə faydası olduğu qədər də ziyanı var. Necə?, Turşular xərçəngin yaranmasında birbaşa iştirak etmir. Amma xərçəngin, xüsusilə, mədə xərçənginin ikin mərhələsində onun dostuna çevrilir və inkişafını dəstəkləyir. Rafine Ağ Un. Demək olar ki, hər kəsin qaçınılması lazım olan üç ağdan biri olan unun faydalı olmadığını bilir. Köklük kimi xəstəliklərin əsas səbəblərindən biri olan un da xərçəngə səbəb olan qidalar arasındadır. Çünki taxıllarda təbii olaraq olan qida maddələrinin çoxu emal zamanı məhv olur. Bu proses zamanı un xlor qazı olan kimyəvi maddə ilə ağardılır. İstifadə olunan alloksan maddələrinə görə yüksək glisemik indeksə malik olan bu qidalar qandakı şəkər vasitəsilə xərçəng hüceyrələrini də tətikləyəbilir. Soyuq yeyilən qidalar. Emal edilmiş soyuq qəlyanaltıların tərkibində zərərli maddələr var. Xüsusilə, ət məmulatlarının hazırlanmasında geni dəyişdirilmiş heyvanlardan, müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Üstəlik, bu məmulatların tez xarab olmaması üçün içinə nitrat inyeksiya edilir ki, bu da birbaşa insan sağlamlığının düşmənidir. Süni dadlandırıcılar. Bir çox süni dadlandırıcılar kimyəvi proseslərlə istehsal olunur. İstehsalın bu mərhələsində onun həqiqətən təhlükəsiz olub olmadığını bilmək üçün kifayət qədər məlumat yoxdur. Bəzi araşdırmalar göstərir ki, süni dadlandırıcıların istehlakı zəhərli maddənin orqanizmdə toplanmasına səbəb olur. Bu, beyin şişlərinə səbəb ola biləcək amildir. Mayalı qidalar. Bu qidaların xərçəngi yaratdığına və yaxud inkişafına kömək etdiyinə dair mübahisələr hələ davam etməkdədir. Bəziləri mayanın qidalandırıcıdan başqa bir şey olmadığını iddia edir. Digərləri isə hüceyrə xərçənginin və ya qida borusu xərçənginin günahını mayada axtarır. xərçəng, xərçəng xəstəliyi, xərçəng yaradan qida, bunu bilirdin?,