У нас вы можете посмотреть бесплатно “Əliyev öz ölkəsində olduğu kimi, Türkiyədə də heç kimin onu tənqid etməsini istəmir” или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Türkiyəli araşdırmaçı-jurnalist Ləvənt Gültəkin İranın Naxçıvana dron hücumu etməsi iddialarından sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı sərt bəyanatlarını tənqid edən şəxslərə və Türkiyə mediasına təzyiqlərin göstərildiyini bildirib. Jurnalistin sözlərinə görə, Azərbaycan hökuməti və bəzi rəsmilər Türkiyədə tənqidçilərə qarşı kampaniya aparır. O iddia edir ki, bununla bağlı DEM Partiyasından millət vəkili Ömər Faruk Gərgərlioğlunun “X” sosial şəbəkəsində yazdığı tənqidi paylaşıma görə onun parlament toxunulmazlığının ləğvi də tələb olunub. Ləvənt Gültəkin bu addımı tənqid edərək Azərbaycan hökumətini Türkiyə ictimaiyyətinə təsir göstərməyə çalışmaqda ittiham edib. “Necə ki, öz ölkəsində hamını nəzarətdə saxlayır, burada da heç kimin Əliyevi tənqid etməsini istəmir. Öz ölkəsində ifadə azadlığı üçün demək olar ki, heç bir yer saxlamayıb, indi isə burada onu tənqid edən millət vəkilinin toxunulmazlığının ləğvini tələb edir”, – deyə jurnalist bildirib.