У нас вы можете посмотреть бесплатно Xayanız böyüyürsə DİQQƏT! Kişilərdə xaya xərçəngi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Uroloq-Androloq Ramiz Abdullayev Tel: (+994 50) 208 08 80 Facebook: uroloq_ramiz_abdullayev Facebook: Uroloq-Androloq Cərrah Op.Dr. Ramiz Abdullayev Sayt: Urologiya.az Xaya şişlərinin çoxu herminogen hüceyrələrdən inkişaf edir və herminogen şişlər adlanırlar. Bu hüceyrələrdən həmçinin spermatozoidlər inkişaf edir. Herminogen şişlərin iki əsas tipi var: seminoma və qeyri-seminoma şişlər. Onlar müxtəlif bioloji və yayılma xüsusiyyətlərinə, habelə müalicəyə cavaba görə fərqlənirlər. Seminoma zamanı herminogen hüceyrələr inkişaflarının erkən mərhələsində bədxassəli hüceyrələrə çevirilirlər və şüa terapiyasına daha həssasdırlar. Qeyri-seminoma şişlər seminoma ilə müqaisədə daha tez yayılır (metastazlaşır) və inkişaf edirlər. Onların aşağıdakı tipləri mövcuddur: Embrional xərcəng (yetişmiş herminogen hüceyrələrdən inkişaf edir) Teratoma, bu zaman xaya daxilində herminogen hüceyrələr müxtəlif toxumalara differensasiya olunur: qığırdaq, sinir, əzələ (normada bu kişi və qadın cinsiyyət hüceyrələrinin birləşməsindən yəni mayalanmadan sonra baş verir) Sarı kisə şişləri. Bu zaman şiş adətən döldə olan sarı kisədən inkişaf edir Xoriokarsinoma quruluşu ilə ciftə bənzəyən, nadir rast gələn, lakin, yüksək bədliyə malik bədxassəli şişdir. Daha ətraflı videoda...