У нас вы можете посмотреть бесплатно Ayaqlarda Hörümçək Toruna bənzəyən Damarlar - Varikozun Çarəsi Budur или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#demədidemə #varikoz #sağlamlıq Ayaqlarınızda varikoz damarları və düyünlər var? Varikoz damarlarını necə müalicə etmək olar? Ayaqlarda varikoz damarlarının əlamətləri hansılardır? Venoz qan dövranı nədir və arterial qan dövranından nə ilə fərqlənir? Sualların cavabı qarşıdakı videoda. Vena damarları qanı ayaqlardan və qollardan ürəyə qaytaran damarlardır. Venoz qanda oksigen yoxdur. Damar sisteminin unikal xüsusiyyəti nasosunun olmamasıdır. Qan yalnız əzələlərin büzülməsi və hərəkəti sayəsində hərəkət edir. Yəni oturaq həyat tərzi keçirirsinizsə və ya çox ayaq üstə dayanırsınızsa, o zaman damarlarla bağlı probleminizin olması labüddür. Ayaqlara və barmaqların uclarına çatan çox sayda damarlarımız var. Sonra qan kiçik kapillyarlardan keçir, toxumalara oksigen və qida çatdırılır. Ardınca qan damarlar vasitəsilə ürəyə qayıdır. Həzm orqanları ilə əlaqəli bir damar sistemi də var. Bu damarlar qida maddələrini həzm sistemindən qaraciyərə, ordan isə yenidən ürəyə nəql edir. Bu, qaraciyərin portal sistemidir. Qaraciyərinizdə zədələnmə və ya sirroz kimi bu axına maneə törədən nəsə varsa, ya da qaraciyəriniz yağlıdırsa damarlarınızla bağlı probleminiz olacaq. Qaraciyərdə yetərli olmayan təzyiq səbəbiylə venoz qanın hərəkətsizliyini, prinsip olaraq, bir süngərlə müqayisə etmək mümkündür. Süngər içindən mayenin keçməsinə mane olan bir şeylə doludursa, fəaliyyətini dayandırır. O, artıq mayeləri normal saxlamır, işləyə bilmir. Nəticədə, sistemdə təzyiq aşağı düşür. Bu halda-venoz sistemin qaraciyərdən sonrakı hissəsində qan təziyiqi düşəndə, qaraciyərdən öncəki hissəsində-ayaqlarda təzyiq qalxır. Bu da dəridə venoz damarların yaranmasına və qabarmasına gətirib çıxarır. Hətta həzm sistemində də venoz damarlar yarana bilər. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində, xüsusən, qapı venasında təzyiqin artması – portal hipertenziya zamanı baş verir. Sonrakı mərhələdə qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə rast gəlinir. Paralel olaraq, düz bağırsağın aşağı hissəsində-anus bölgəsində babasil yaranması da müşahidə edilə bilər. Proses mədənin varikoz damarlarına da təsirsiz qalmır. Gördüyünüz kimi, damar problemlərinin böyük bir hissəsinin səbəbi qaraciyərdir. Xroniki venoz çatışmazlığı problemi, əsasən, venoz qanın çıxışının pozulduğu yerdə-ayaqların aşağı hissəsində müşahidə olunur, varikoz damarlarına, hörümçək damarlarına, dərin damar trombozuna gətirib çıxarır. Aşağı ayaqlarda venoz çatışmazlığının simptomları bunlardır: 1. “Ağır ayaqlar” sindromu- ayaqların və topuqların şişməsi, ayaqlarda ağrı; 2. “Narahat ayaqlar” sindromu - dəri zədələnmələri, ayaqda tüklərin tökülməsi, qaşınma, ayaqların aşağı hissəsində dərinin dəyişməsi; Bəzi qadınlar hamiləlikdən sonra ayaqlarının alt hissəsində varikoz damarları və damar problemləri yaşayır. Bu, estrogenlə əlaqəlidir. Bədəndə həddindən artıq estrogen olması venoz sistemə də təsir edir. Klimaks zamanı qadınlarda estrogen səviyyəsi aşağı düşür, proqesteron daha da azalır. Beləcə, orqanizmdə estrogen dominantlığı yaranır. Bu fenomen kişilərdə də müşahidə olunur. Belə ki, kişilərdə testosteron səviyyəsi yaş artıqdca azalır. Xüsusilə, qaraciyər zədələnirsə nisbi estrogen səviyyəsi yüksəlir. Çünki qaraciyər estrogenləri tənzimləyən və səviyyəsini normallaşdıran əsas orqandır. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, ayaqların aşağı hissəsindəki damar problemləri üçün ən yaxşı vasitə qırmızı üzüm yarpağı ekstraktıdır. Aparılan bir elmi araşdırma zamanı 12 həftə ərzində, xəstələrə gündə 360-720 mq qırmızı üzüm yarpağı ekstraktı verilib. Əldə edilən nəticələr gözləniləndən yaxşı olub. Qırmızı üzüm yarpağı ekstraktı, həmçinin, qaraciyər, dalaq böyüməsi, ayaqların şişməsi, babasil, göyərmə, burun tutulması, burun qanaması və genişlənmiş kapillyarlar kimi hallarda da köməyə çatır. Bundan əlavə, iltihabı mükəmməl şəkildə aradan qaldırmaqda, kapillyar keçiriciliyini tarazlamaqda da mahirdir. Sağlamlığın qorunması üçün mərhələli şəkildə məşqlər etmək də tövsiyə olunur. Mərhələli məşqlər limfa axını artırır və onun damarlardan keçməsinə kömək edir. Məşqlərə daxildir: -gəzmək; -aktiv hərəkətlər etmək; -uzunmüddətli oturmaqdan çəkinmək; -passivlikdən qaçmaq;