У нас вы можете посмотреть бесплатно Mənə Prezident Təqaüdü Verin, Tələbiniz Nədirsə, Edərəm - Əlisa Nicatdan ŞOK AÇIQLAMA или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#otv #otvnews #otvlive #sondəqiqə #azerbaycan #əlisanicat Mənə Prezident Təqaüdü Verin, Tələbiniz Nədirsə, Edərəm - Əlisa Nicatdan ŞOK AÇIQLAMA Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır. 1955-ci ildə “Ədəbiyyat və incəsənət” jurnalında Əlisa Nicatın “Bircə söz” adlı ilk şeiri çap olunur. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilir. 1961-ci ildə yazıçının “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilir. 1967-69-cu illərdə Əlisa Nicat Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərir. 1973-83-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır. 1983-90-cı illərdə Lənkəranda yaşayan Əlisa Nicat bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alır, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edir. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilir. SSRİ-nin süqutundan və bağımsızlığın əldə edilməsindən sonra Əlisa Nicat 1993-94-cü illərdə “Turan” jurnalını nəşr etdirir. Müstəqillik dövründən sonra Əlisa Nicatın “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1996), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilir. Eyni zamanda Əlisa Nicat bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışır. Sovet dönəminin türkçüsü: Əlisa Nicat mətbuata verdiyi müsahibələrinin birində qorxunc sovet dönəmində türkçülüklə bağlı araşdırmalar aparmasının səbəblərini belə izah edir: “Mən türkçü olmaqla türkdilli xalqların tarixinə edilən haqsızlıqlara etirazımı ifadə edirdim. Türkçülüyüm sosializmə, ideoloji köləliyə olan etiraz idi”. Əlisa Nicat Azərbaycan tarixində türk-şumer əlaqələrini üzə çıxaran, atalarımız iskitlərin, hunların yaşam tərzini bizə anladan, dünyanın şölələnən mərkəzi olan Midiyanın ənənəvi sovet tarixşünaslığından fərqli olaraq Azərbaycan-türk dövləti olduğunu sübut edən, Zərdüştün bu torpaqlarda yaşamasını isbatlayan ilk tədqiqatçılardan olub. Türk-şumer qohumluğuna dair ilk tədqiqatçılardan olan Əlisa Nicatın bu sözü acı həqiqətdən xəbər verir: “Ax.. Əgər bu saysız hesabsız Şumer dil kitabələrində bircə dənə slavyan sözü, sanskrit sözü, yunan sözü, heç olmasa hər hansı bir qondarma Hind-Avropa sözü tapılsaydı, heç olmasa onlara bənzəyən bir söz tapılsaydı. Ax, ax.. O zaman gör, dünyanın böyük-böyük şəhərlərində neçə-neçə şumerşünaslıq mükafatları təsis olunardı. Hər il şumerə aid dünya dillərində yüzlərlə kitab nəşr edilərdi”. Yazıçı haqlı idi, çünki şumer-türk əlaqələrinə dair yetərincə bilgilər olduğu halda türk tarixşünaslığında tədqiqatlar həddindən artıq azdır. Amma Əlisa Nicat Sovet dönəmində tarix tabularını sındıraraq bu sahədə məqalələr hazırladı. Bu tədqiqatlara kifayət qədər yazılar daxildir. Sərkərdəsi krallar olan Atillanı, Romanın varlığına son qoyan hun Odoakrı onun sayəsində tanıdıq. Məhz onun tərcüməsində Atillanı öz gözləri ilə görmüş Bizans elçisi Paniyalı Priskin “Xatirələr”ini oxuduq. Və yenə də oxuyacağıq. Hazırda əsərlərinin toplandığı 26 cildlik külliyyatın 18-ci cildi məhz türkçülüklə bağlı yazıları əhatə edəcəkdir. #ADP #cəlaloğlu #açıqlama #iddiaa #agent #rusiya #sensasion #ramizmehdiyev #mehdiyev #həbs #məhkəmə #sondəqiqəxəbərləri #media #sondakika #xəbərlər #vəzifə #azərbaycan #sonxəbər #kuncbucaqtv #televiziya #tv #müsahibə #sondəqiqə #prokuror #məhkəmə #gündəm #istintaq #sondəqiqə #şok #sondakikahaberleri #agent #əsl #sual #cavab