У нас вы можете посмотреть бесплатно Qadın Sonsuzluğu - Baxın nələr edilməlidir! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Çəkiliş sifarişi üçün: +994 55 432 14 78 Birincili sonsuzluq Birincili sonsuzluq – bir il və daha çox vaxt ərzində requlyar cinsi həyat yaşayan qadında heç vaxt hamiləliyin olmamasıdır. Çox vaxt bu anadangəlmə olaraq reproduktiv sistemin quruluşunda və ya funksiyasında olan pozğunluqlar və ya genetik səbəblərlə əlaqədar olur. İkincili sonsuzluq Ikincili və ya "qazanılmış" sonsuzluq orqanizmdə sonradan yaranan patologiyalar nəticəsində olur: infeksiyalar, endokrin xəstəliklər, somatik patologiyalar, psixogen pozğunluqlar, xarici mühitin zərərli təsirləri. 1. Boru sonsuzluğu Boru ilə əlaqədar qadın sonsuzluğunun səbəbi cinsi hüceyrələrin daşındığı yolun bu və ya digər səbəbdən bağlanmasıdır. Çox vaxt bu bağlanma uşaqlıq borularında içdən və ya çöldən bitişmələrin əmələ gəlməsi nəticəsində olur. Bitişmələrin əmələ gəlmə səbəbləri - cinsi orqanların iltihabi xəstəlikləri, abortlar, ağır doğuşlar, travmalar, keçirilmiş ginekoloji əməliyyatlar. 2. Endokrin sonsuzluq Qadın sonsuzluğunun ən geniş yayılmış forması endokrin sonsuzluqdur ki, bu hormonal sistemdə baş verən pozğunluq ilə əlaqədardır. Endokrin sonsuzluq zamanı qadın orqanizmində mayalanmaya qadir yumurtahüceyrənin yetişməsi prosesi pozulur. Bu o deməkdir ki, ovulyasiya baş vermir, yetişmiş yumurtahüceyrə olmur və təbii ki, hamiləlik baş verə bilməz. Bu halda qadın orqanizmində endokrin vəzlərin funksiyasının pozulması müşahidə olunur: yumurtalıqlar, böyrəküstü vəzlər, qalxanvari vəz, hipofiz. Ən çox yayılmış endokrin sistem pozğunluğu yumurtalıqların polikistozu sindromudur. Polikistoz zamanı qadın sonsuzluğunun səbəbi androgenlərin artması nəticəsində ovulyasiyanın pozulmasıdır. Polikistoz yumurtalığın içində çox sayda kiçik sistlərin – maye ilə dolu kisəciklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu sistlər vaxtında yetişib yumurtalıqdan çıxa bilməyən və ölmüş yumurtahüceyrə saxlayan follikullardır. 3. Digər ginekoloji xəstəliklərlə əlaqədar olan qadın sonsuzluğu Müxtəlif ginekoloji patologiyalar da sonsuzluğa səbəb ola bilir. Çox vaxt xəstəlik müalicə olunduqda pozulmuş fertillik də düzəlir. Qadınları müayinə edərkən çox vaxt məlum olur ki, sonsuzluğun səbəbi endometriozdur. Bu patologiya normalda yalnız uşaqlığın daxili qatında olmalı olan endometrium hüceyrələrinin digər orqanlarda , məsələn, yumurtalıqlar, uşaqlığın əzələ qatı, uşaqlıq boruları, qarın boşluğu və s. artıb çoxalması ilə xarakterizə olunur. Sonsuzluğa həmçinin uşaqlıq boynu xəstəlikləri də səbəb ola bilir: eroziya, displaziya, servisit, və s. Bu zaman uşaqlıq boynunda əmələ gələn seliyin miqdarı və ya tərkibi pozulur. Əgər selik çox qatı olarsa, miqdarı azalarsa spermatozoidlər uşaqlıq borularına keçə bilməz və yumurtahüceyrəni mayalandıra bilməz. 4. Erkən klimaks Sonsuzluğun səbəblərindən biri də yumurtalıqların vaxtından əvvəl üzülməsi və ya başqa sözlə erkən klimaksdır. Adətən qadın klimaksı 50-55 yaş sayılır, lakin bəzən bəzi qadınlarda yumurtalıqların rezervi vaxtından əvvəl tükənir və menstrual ttsikl vaxtından əvvəl kəsilir. Bəzən bu halı hormonal müalicənin köməyilə aradan qaldırmaq olur. 5. İmmunoloji sonsuzluq Qadın sonsuzluğunun ən az öyrənilmiş səbəbi servikal selikdə spermatozoidləri məhv edən antispermal antitellərin olmasıdır . Belə hallarda pasientlərə çox vaxt uşaqlıqdaxili inseminasiya - UDI təklif olunur, bu prosedura zamanı xüsusi üsulla işlənmiş spermanın servikal seliklə kontaktına yol verilmədən birbaşa uşaqlıq boşluğuna yeridilir. 6. Psixoloji sonsuzluq Qadınlarda sonsuzluğun səbəbi həmişə reproduktiv sistemdə olan orqanik pozğunluqlar olmur. Stres halları, həyəcan, neqativ emosiyalar da mayalanma ehtimalını azalda bilir. 7. Mütləq və ya genetik sonsuzluq Reproduktiv yaşda olan qadınlarda sonsuzluğun səbəbi bəzən kobud genetik anomaliyalar olur: uşaqlığın olmaması, yumurtalıqların və ya boruların olmaması.Əgər sonsuzluq (adətən birincili) genetik səbəblərlə əlaqədardırsa, onda yumurtahüceyrə ümumiyyətlə yetişmir, məsələn Terner sindromu – bu zaman qız uşaqları ya inkişaf etməmiş yumurtalıqlar (qonadların disgeneziyası), ya da tam yoxluğu (ageneziya) ilə doğulur. 8. İdiopatik (naməlum etiologiyalı) sonsuzluq Nadir hallarda sonsuzluğun səbəbini aşkar etmək olmur – nə qadında, nə də kişidə cinsi sferada heç bir pozğunluq olmur, amma hamiləlik baş vermir. Yəqin ki, bu zaman da hər hansısa dəyişiklik olur, amma elmə məlum olan metodlarla hələki bu dəyişiklikləri müəyyən etmək olmur. Belə hallarda idiopatik (səbəbi məlum olmayan) sonsuzluqdan danışılır. Bəzi hesablamalara görə bu kateqoriyaya sonsuzluğun 25%-i aiddir. Əgər sonsuzluğun səbəbi məlum deyilsə aydındır ki, müalicə taktikası da seçmək olmur və bu zaman müasir köməkçi reproduktiv metodlar köməyə gəlir: EKM , İKSİ , UDİ.