У нас вы можете посмотреть бесплатно Azərbaycan-Ermənistan: avtomobil yolu hansı kəndlərdən keçəcək? - ARAŞDIRMA или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #Azərbaycan #Ermənistan #avtomobilyolu #kənd #44günlük #Vətənmüharibəsi #Zəngəzurdəhlizi #PrezidentİlhamƏliyev #Naxçıvan #nəqliyyat #kommunikasiya #Türkiyə #Asiya #Avropa #Zəngilan #Nüvədi #Mehri #Ordubad #marşrut #Laçın #Gorus #Biçənək #yükdaşıma #SSR #Sovet #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıq yaradıb. Yeni geosiyasi reallıq Zəngəzur dəhlizinin açılmasını da bir zərurətə çevirib. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təkidi ilə 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatda Azərbaycanla Naxçıvan arasında nəqliyyat və kommunikasiyaların bərpası öz əksini tapıb, 2021-ci ilin 11 yanvar tarixli üçtərəfli bəyanatda bir daha Ermənistanın bu sahədə öhdəliyi qeyd olunub. Bu dəhliz tək Naxçıvanla avtomobil və dəmir yolları ilə əlaqəni təmin etməyəcək, Azərbaycanla Türkiyə, Asiya və Avropa arasında yeni bir nəqliyyat qovşağı olacaq. Əslində dəmir yolu və avtomobil yollarının keçəcəyi Zəngəzur dəhlizi uzun illərdir blokada vəziyyətində olan Ermənistanın həm Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrini bərpa etmək, həm də beynəlxalq tranzitdə mühüm ölkələrdən birinə çevrilməsi üçün fürsət yaradır. Rəsmi İrəvan ötən müddətdə Zəngəzur dəhlizindən dəmir yolu xəttinin çəkilməsinə razılıq versə də, avtomobil yolu ilə bağlı fikir ayrılığı qalmaqdadır. Ermənistan avtomobil yolu üçün fərqli - Laçın-Gorus-Biçənək marşrutunu təklif edir. Bəs Asiyadan Avropaya yükdaşımalarda önəmli paya sahib olacaq Zəngəzur dəhlizindən avtomobil yolunun çəkilişi ilə bağlı İrəvanın fərqli mövqe sərgiləməsinin səbəbi nədir? Qeyd edək ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi, başqa sözlə, avtomobil yolunun Naxçıvanla ən qısa və iqtisadi cəhətdən ən səmərəli olan Zəngilan-Nüvədi-Mehri-Ordubad marşrutundan keçməsini təklif edir. Ermənistan tərəfinin Laçın-Gorus-Biçənək üzərindən keçməsini istədiyi yol isə həm uzundur, həm də relyef cəhətdən əlverişsizdir. Xüsusən qarlı havalarda bu yoldan istifadə böyük çətinlik yarada bilər. Elə buna görədir ki, hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün Zəngilan-Nüvədi-Mehri-Ordubad yolunun çəkilməsi gündəmə gətirilmişdi. Prosesin əsas iştirakçısı olmuş, Azərbaycan SSR avtomobil yolları tikinti və istismar nazirinin müavini vəzifəsində çalışmış Mahir Ələkbərov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın hazırda təklif etdiyi variant sovet dövründə də müzakirəyə çıxarılmış və SSRİ Plan Komitəsindən müsbət rəy alınmışdı”. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv