У нас вы можете посмотреть бесплатно Prezidentlər Daşkənddə İslam Sivilizasiyası Mərkəzində olublar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Prezidentlər Daşkənddə İslam Sivilizasiyası Mərkəzində olublar Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub. Məlumat üçün bildirək ki, İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanıb və 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb. Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Mərkəzin binasında 100 min əlyazma və bir milyondan çox kitab mövcuddur. Eləcə də binada nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir. Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv ❂❂❂❂❂ 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv