У нас вы можете посмотреть бесплатно Vahid Əziz - "Məşhur Sevgi Şeirləri" [ Öz ifasında ] YENİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeirlər: "Gedəcəm" , "Əzizim" , "Ayrıldıq" Şeirləri Səsləndirən: Vahid Əziz Şeirlərin Müəllifi: Vahid Əziz Covered By: Tural Hüseynov ( @turalhuseyn0v ) Yayım: Poeziya Klubu (@poeziyaklubu ) Əlaqə: E-mail: [email protected] WhatsApp: Tural Hüseynov (0556442723) Instagram: @poeziyaklubu TikTok: @poeziyaklubu Teleqram: @poeziyaklubuofficial "GEDƏCƏM" Soyuqlaşdın,dünya kimi havan dəyişib, belə getsə-durna kimi uçub gedəcəm, eşitmişəm,gülüm,yenə yuvan dəyişib. mən səninlə hankısına köçüb gedəcəm? Bir-bir sənə bağlandığım tellər qırılır, baxanı yox!-bəslədiyin güllər qırılır, çooox uzandı bu ayrılıq,illər qırılır, bu sevginin hər şeyindən keçib gedəcəm. Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı, pozmzq olmur,ahd-peyman min cürə bağlı, getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı, düyünləri inadımla açıb gedəcəm. Bundan sonra söz olacaq qüssələrinki, dəyişmişik;nə sən o san,nə mən həminki, sən özgəyə qismət oldun,mən özgəninki, tutub-zorla aparsan da qaçıb-gedəcəm. Deməmişdik:” bu ülfəti edək yarımçıq”, boy vermədi-eşqin gülü gödək,yarımçıq, şərəfimə qaldırdığın qədəh yarımçıq, bəs demişdin:”Sağlığına içib gedəcəm" "ƏZİZİM" Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr, Hər nə geysəm vücuduma dar gələr, Bu darlığa dözmək olmur, əzizim. Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır, Arzuları nakam qalan dünyadır, Dağılanı düzmək olmur, əzizim. Kaş ki, dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə çataydı. Yaşamağım göz yaşımdır, haraydır. Göz yaşında üzmək olmur, əzizim. Dalğalara yalvarmaqdan bezmişəm, Hönkürməkdən, ağlamaqdan bezmişəm, Səndən ayrı yaşamaqdan bezmişəm, El-obadan bezmək olmur, əzizim. Heç bilməzdim daşım belə ağırdır, Bəxtim belə biçarədir, fağırdır Gedəcəyəm, göylər məni cağırdı. Daha yerdə gəzmək olmur, əzizim. "AYRILDIQ" Çəmənlərdən yolum düşdü min kərə, Güllər vaxtsiz solub-açdı, ayrıldıq. İlk görüşdən nə gəldisə gözlərə, Son günü də gözü yaşlı ayrıldıq. Yoxa çixdı; əridimi, uçdumu? Səsdir, ruhdur, ulduzdumu, quşdumu? Anlamadım; bilə-bilə, çaşdımı? Yar danışdı ikibaşli, ayrıldıq. Bircə dəfə öpə bildim telindən, Bircə dəfə: "Can" eşitdim dilindən, Bir röyada tutacaqdım əlindən, Çağırdılar, yuxum qaçdı, ayrıldıq. Bu ümid də məni qoydu gümansız, Vurub keçdi cəllad kimi amansız, Dillər tökdüm, inanmadı imansız, Baxıb gördüm qəlbi daşdır, ayrıldıq. #VahidƏziz #VahidEziz #Şeir #Poeziya #Ədəbiyyat #Edebiyyat #Şair #RamizRövşən #KüsülüQalaBilmirəm #İncimə