У нас вы можете посмотреть бесплатно Müzəffər Əsgərimiz- Fərid Hüseynov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyilə baş tutan "Müzəffər Əsgərimiz" layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir. Bu filmin qəhrəmanı- Fərid Yaşar oğlu Hüseynov 1997-ci il iyunun 17-də Sabirabad rayonunun Məmişlər kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Fərid Hüseynov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanaraq, 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa çatdırıb. Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Sabirabad rayonunun Qaralar kəndində torpağa tapşırılıb. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Fərid Yaşar oğlu Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən sağolsun! #MüzəffərƏsgərimiz #ireli2022 #AzGF #hərşeyVətənüçün