У нас вы можете посмотреть бесплатно Azərbaycanı Dünyada Tanıdan QUSARLI HƏKİM - Təzyiqlərə Məruz Qaldı, Ürəktutmasından Öldü или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#azerbaycan #alim #qusar Yüz minlərlə insanın həyatını xilas edən Qusarlı həkim Kəşfi ilə Azərbaycanı dünyada tanıdan, 20-yə yaxın ölkədə kəşfi tətbiq olunan kimdir? Yerin Qulağı kanalı bu dəfə Azərbaycanı dünyada tanıdan daha bir məşhur haqda məlumatı təqdim edir: Azərbaycanı dünyada tanıdan məşhurlarla bağlı layihəmiz davam edir. Bu dəfə tibb dünyasında etdiyi kəşflə ölkəmizi tanıdan həkimlə bağlı danışacam. Həmin Qusarlı həkim kimdir? Tibbin tarixi, insan həyatını xilas edən möhtəşəm kəşflərlə doludur. Bu kəşflərdən biri də ortopediya sahəsində inqilab edən İlizarov aparatıdır. Bu möcüzəvi tibbi cihaz minlərlə insanın həyatını xilas edib, əlillikdən qurtarıb və onlara yeni həyat bəxş edib. Onun yaradıcısı – Qavriil Abramoviç İlizarov – sadə həkimdən dünya şöhrətli alima çevrilən, adı əbədi olaraq tibbin tarixində qalmış şəxsdir. Kim idi Qavriil İlizarov? YəhUdi millətindən olan Qavriil İlizarov 15 iyun 1921-ci ildə Qusar şəhərində doğulub. Orta məktəbi də Qusar şəhərində bitirib. O, gənc yaşlarından elmə və təbabətə böyük maraq göstərirdi. II Dünya müharibəsi illərində o, həkim kimi fəaliyyətə başlayaraq çox sayda yaralı əsgərin həyatını xilas etmişdi. Müharibədən sonra isə ortopediya və travmatologiya sahəsində çalışaraq, sınıqların daha tez və düzgün sağalması yollarını araşdırmağa başladı. İlizarov aparatının yaranma hekayəsi 1950-ci illərdə İlizarov çox sadə, amma eyni zamanda möcüzəvi təsir göstərən bir ideya irəli sürdü: sınıq və ya əyri sümükləri xaricdən xüsusi halqa və metal çubuqlar vasitəsilə sabitləmək. Beləliklə, 1951-ci ildə İlizarov aparatı ixtira edildi. Bu aparatın mahiyyəti ondan ibarət idi ki, sümüyün sınıq hissələri xaricdən dəmir halqalarla birləşdirilir və tənzimlənə bilən çubuqlar vasitəsilə sümüyün böyüməsinə və düzgün istiqamətdə sağalmasına şərait yaradır. Bu, həm sınıqların sağalmasında, həm də ayaqların uzadılmasında inqilabi üsula çevrildi. Dünyada şöhrət qazanan kəşf Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin onun möcüzəvi nəticələri bütün dünyada səs saldı. 1960-70-ci illərdə artıq Avropa, ABŞ və Asiya ölkələrindən həkimlər Qavriil İlizarovun klinikasına gələrək bu üsulu öyrənirdilər. Bu cihazla: Çox mürəkkəb sınıqlar sağaldıldı, Əlil arabasına məhkum insanlar ayağa qalxdı, Ayaq uzunluqları bərabərləşdirildi, Hətta bəzi anadangəlmə ortopedik qüsurlar aradan qaldırıldı. İlizarovun mirası Qavriil İlizarovun adı bu gün də ortopediya və travmatologiya sahəsində dahi kimi xatırlanır. Onun kəşfi milyonlarla insana sağlamlıq bəxş edib. Hal-hazırda İlizarov üsulu dünyanın onlarla ölkəsində tətbiq olunur. O, ömrünün sonuna qədər elmi işini davam etdirmiş, həkimlərin yeni nəsli üçün böyük məktəb yaratmışdır. 1979-cu ildə Lenin mükafatı laureatı olub. 1981-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb. Rusiya Elmlər Akademiyasının üzvü olub. 1990-larda ABŞ-yə səyahət edib. 71 yaşında, 1992-ci il 24 iyulda ürək tutmasından vəfat edib. Onun ixtira etdiyi möcüzəvi tibbi cihaz minlərlə insanı həyata qaytarıb. Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin onun möcüzəvi nəticələri bütün dünyada səs saldı. 1960-70-ci illərdə artıq Avropa, ABŞ və Asiya ölkələrindən həkimlər QUSARLI həkimin ixtirasından istifadə etməyə başlayırlar. İlizarovun qəbulunda olan bir nəfər belə yazır: "Bud sümüyüm qəlpəli sınmışdı.Bakıda iki dəfə, Moskvada bir dəfə əməliyyat etdilər. Düzəlmirdi. O vaxt mən Kurqanda getdim. İlizarov rentgenə baxdı məsləhətini verdi altı ilə sağalmayan sümük üç aya sağaldı. O vaxtlar tibb işciləri İlizarovu Azərbaycanlı kimi təqdim edirdilər". Qəbulunda olan bir xəstə isə fikirlərini belə bölüşüb: "Ilizarov Azərbaycanda həkim kimi fəaliyyətə başlayıb lakin təzyiqlərə məruz qalıb.O vaxt o qədər də tanınmayan Kurqan şəhərinə gedib və məhz onun sayəsində Kurqan bütün dünyada tanınıb .Bu məlumatları 40 il bundan əvvəl İlizarovun qəbulunda olub öz dilindən eşitdiyim üçün yazdim.İlizarov aparatını sınaqdan keçirdiyi ilk xəstəsi qadın olub.Həmin qadını sonra xəstəxanada işə goturub".