У нас вы можете посмотреть бесплатно Ramiz Abdullayev - Bəlkə də bir səhər sən dönəcəksən или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeir: Ramiz Abdullayev - Bəlkə də bir səhər sən dönəcəksən Səsləndirmə: Əminə Yusifqızı Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] RAMİZ ABDULLAYEV - BƏLKƏ DƏ BİR SƏHƏR SƏN DÖNƏCƏKSƏN Ayrıldın mənimlə aylı gecədə, Darıxır ürəyim bilsən necə də, Ümidlə baxıram inan heçə də, Bəlkə də bir səhər sən dönəcəksən... Ürəyim elə bil qopub yerindən, Səndən inciməyib, inciyib məndən, Yanıma gəlirsən xəyalən hərdən, Bəlkə də bir səhər sən dönəcəksən... Həyatım beləcə keçir anbaan, Qurban elədiyim səndədir o can, Dumana bürünüb gözümdə hər yan, Bəlkə də bir səhər sən dönəcəksən... İradə Cavadova: “… İmzası poeziya həvəskarlarına, nəğmə sevərlərə yaxşı tanış olan Ramiz Abdullayev sözün əsl mənasında xoşbəxt taleli sənətkardır. O, geniş oxucu, dinləyici, tamaşaçı qəlbini məlhəm sözləri, kövrək duyğuları ilə ələ ala bilibdir. Müəllifin söz gülüstanından insan qəlbini riqqətə gətirən hər cür çələng hörmək olar. Qolların üstündə yatmaq istəsəm, Qüssəni, kədəri atmaq istəsəm. “Dünəni bu günə qatmaq istəsəm Oyanıb görürəm bir nağıl imiş“, - deyən Ramiz Abdullayev artıq ömrünün 68-ci baharını yaşayır. Ramiz müəllimin ilk baxışdan sadə görünən ömür yolu əslində zəngin və mənalıdır. 1954-cü il iyunun 23-də Bakının Maştağa qəsəbəsində, mayası halallıqla yoğrulmuş Həbibbullah kişinin ailəsində dünyaya göz açıb Ramiz Abdullayev. Ailədə aldığı tərbiyə, sadə zəhmətkeş adamları olan valideynlərinin xeyir-duası daxilindəki xeyirxahlıq, zənginlik, mübarizlik onu həm həyatda, həm də sənətdə pillə-pillə ucaldıb. Adi fəhləlikdən ucalan Ramiz müəllimin çətinliyə mərdliklə sinə gəlmək bacarığı, göstərdiyi prinsipiallıq onu yaxından tanıyanlarda yalnız xoş hisslər doğurur. 32 ildən çox Respublika Dəmiryol İdarəsində çalışan, kollektiv arasında böyük hörmət və nüfuza malik olan Ramiz müəllim “Fəxri dəmiryolçu“ adını çiyinlərində şərəflə daşıyır. Yaradıcılığa gənc yaşlarından başlayan Ramiz Abdullayev öz dəsti-xətti ilə ədəbiyyatda artıq özünü təsdiq edib. Dəmiryolçu onun sevib-seçdiyi peşə, necə deyərlər çörək ağacı olsa da, poeziya şairin ömrü, həyatı, daxili aləminin arzu-niyyətlərinin təcəssümüdür. Ramiz Abdullayevin 8 şeir kitabı oxucuların ixtiyarına verilib. “Necə unudum səni“ adlı ilk şeir kitabı 1996-cı ildə işıq üzü görüb. 2000-ci ildə “Sevgi dolu gecələr“, “1001 nəğmə“ adlı kitabı Ramiz Abdullayevə daha böyük uğur gətirdi. Onun ardınca “Vətən torpağı“, “Bahar yağışı“, “Sevgi çiçəyi“, “101 kəlam“ və başqa kitabların da insanlara, vətənə olan sonsuz sevgisi onu torpağının incə hissli vətəndaşına çevirir. Kitablarını vərəqlədikcə müəllifin ecazkar aləmi, yalnız özünəməxsus olan sirli dünyası ilə üz-üzə dayanırsan…” #ramizabdullayev #bəlkədəbirsəhərsəndönəcəksən #emineyusifqizi #şair #şeir #poeziya #ədəbiyyat #ədib #biraddimla #biraddimlayol