У нас вы можете посмотреть бесплатно Ekranın cazibəli aktyoru - Müxlis Cənizadə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), Dəli Kür (film, 1969) - Kipiani, Əsl dost (film, 1959) - Əsəd, "Kazbek" qutusu (film, 1958) - Kirpinin əməkdaşı, Yenilməz batalyon (film, 1965) - Nəriman Tağıyev, O olmasın, bu olsun (film, 1956) - Student və başqa filmlərdə çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib. Sənədli televiziya filminin ssenari müəllifi - Yaqub Əlioğlu Rejissor – Sənan Sultanov Operator – Elşən Bədəlov