У нас вы можете посмотреть бесплатно 272 nömrəli məktəb Aprel döyüşündə tarix yazdınız... 3 hissə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İftixar hissi ilə demək olar ki, 2016-cı il tariximizə Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi daxil oldu.Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəlində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edildi. Minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdılar. Aprel döyüşlərinin 3-cü ildönümü münasibətilə məktəbdə musiqi müəllimi Mehriban Musayeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəzamət Rəsulovanın hazırladıqları “Aprel döyüşündə tarix yazdınız, Ey Odlar yurdumun mərd əsgərləri” adlı tədbir keçirildi. Tədbirdə Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, müəllimlər, valideynlər, şagirdlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başldı. Sonra Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Aprel döyüşləri ilə bağlı video-çarx göstərildi. Tədbirdə məktəbin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 9-cu və 10-cu sinif şagirdləri iştirak edirdilər. Aşağı sinif şagirdlərinin ifasında Vətən haqqında şeirlər səsləndi. 10 “Ç” sinif şagirdləri isə “Dur ayağa, məmləkətim!” şeirini söylədilər. Azərbaycan əsgərlərinə həsr olunmuş şeirlər də oxundu. 1 “Ə” sinif şagirdi Emin Əhmədovun ifa etdiyi “İgid əsgər” mahnısı isə zalda böyük coşqunluq yaratdı. Daha sonra Mehriban müəllimin “Əsgər andı” adlı tamaşası göstərildi və Mehriban müəllimə məxsus 3 marş ifa olundu. Şagirdlər müxtəlif dillərdə düşmənə qarşı olan nifrətlərini bildirdilər. Sonda məktəbin direktoru Nizami müəllim çıxış edərək bildirdi ki, Aprel döyüşlərində qazanılan qələbə silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın monolit birliyi nəticəsində mümkün olub. Tədbiri hazırladıqları üçün Mehriban müəllimə, Nəzamət müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi.