У нас вы можете посмотреть бесплатно Əri ilə birgə həbs olunan İndira Qandi nə üçün lənətlənmiş qadın sayılırdı? | ARAŞDIRMA или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Əri ilə birgə həbs olunan İndira Qandi nə üçün lənətlənmiş qadın sayılırdı? | ARAŞDIRMA Baku TV Hindistanın ilk və yeganə qadın Baş naziri başqa təriqətli insanla evləndiyi üçün özünün və ailəsinin lənətləndiyi deyilən, CBS kanalının keçirdiyi sorğuya əsasən “Minilliyin qadını” seçilən İndira Qandi haqqında araşdırmanı təqdim edir. Azadlıq uğrunda mübarizə fəalları olan Hind Xalq Partiyasının üzvü Cavahirləl Nehru və Kamalla Nehrunun ailəsində dünyaya gələn İndira Qandi uşaq vaxtlarından fəallıq göstərib, nümayişlərdə və etiraz aksiyalarında iştirak edib. O, İngiltərənin əsarətindən azad olmaq uğrunda mücadilə aparan Mahatma Qandi ilə tanış olub və onun məsləhəti ilə 8 yaşında uşaqlardan ibarət toxuculuq ittifaqı yaradıb. 1934-cü ildə şair Rabindranat Taqorun təsis etdiyi universitetə daxil olub. Lakin iki il təhsil aldıqdan sonra Avropaya gedib və 1937-ci ildə İngiltərədə Oksford Universitetinin Somervel Kollecinə daxil olub. İkinci Dünya müharibəsi başladığı üçün yenidən Hindistana qayıtmalı olub. Cənubi Afrikanın Keyptaun şəhərindən keçərkən, orada ilk dəfə siyasi nitqlə çıxış edib. 1941-ci ildə Hindistana qayıdan İndira gələcək həyat yoldaşı Feroz Qandi ilə tanış olub. Bir çox insan İndiranın Mahatma Qandi ilə qohumluq əlaqəsi olduğunu düşünsə də, bu, belə deyil. İndira ailə həyatı qurduqdan sonra ərinin soyadını götürüb. İran əsilli pars olan Feroz Qandi atəşpərəst olduğu üçün onların evliliyi hind adətlərinə görə mümkün sayılmırdı. İnanclara görə, ayrı kastadan olan insanların evlənməsi ailəyə lənət gətirirdi. Buna baxmayaraq, gənclər evlənib və azadlıq uğrunda mübarizəni birlikdə davam etdiriblər. Hətta evləndikləri il siyasi baxışlarına görə birlikdə həbs olunublar. Bəs həyata keçirdiyi islahatlarla ölkəsinin inkişafına nail olan, “Hindistanın anası” adlandırılan İndira Qandi cangüdənləri tərəfindən 33 güllə atəşi ilə necə qətlə yetirilib? Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Əri ilə birgə həbs olunan İndira Qandi nə üçün lənətlənmiş qadın sayılırdı? | ARAŞDIRMA 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #araşdırma #indiraqandi #firuzqandi #hindistan #başnazir #qadınnazir #ssri #nüvəsilahı #aviaqəza #parlamentseçkiləri #cangüdən #ferozegandhi #indiragandhi 00:00 - Giriş 00:45 - Hindistan tarixindəki tək qadın baş nazir İndira Qandinin həyat hekayəsi 01:47 - 1941-ci ildə Hindistana qayıdan Qandi gələcək həyat yoldaşı Firuz Qandi ilə tanış olur 02:55 - 1960-cı ildə əri Firuz Qandi ürək tutmasından vəfat edir 03:40 - 1971-ci ildə yoxsulluqla mübarizə şüarı altında parlament seçkilərində qalib gəlir 04:07 - SSRİ-nin sayəsində Hindistan nüvə silahına sahib olur 05:07 - 1980-ci ildə İndira Qandinin oğlu Sancay aviaqəzada həlak olur 05:30 - 1984-cü ildə öz cangüdənləri tərəfindən 33 güllə ilə vurulur və vəfat edir