У нас вы можете посмотреть бесплатно Ev Vlog 🏡 | İki Növ Yemək, Qozlu & Darçınlı Bulka və Qonaq Süfrəsi 🤎 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu vlogda heç də sakit bir gün keçirmədim 😊 Olduqca dolu bir gün idi. İki növ yemək bişirdim, iki növ bulka hazırladım – qozlu və darçınlı 🤎 Hazırladığım bulkalar sifariş idi. Gün ərzində həm sifarişləri çatdırdım, həm də qonaq gəldiyi üçün əlavə salat və yeməklər hazırladım. Bir az yorucu, amma bir o qədər də gözəl bir gün oldu 🏡✨ Real ev həyatı – həm mətbəx, həm sifariş, həm də qonaq süfrəsi. İzlədiyiniz üçün təşəkkür edirəm 🤍 Dəstək olmaq üçün abunə olmağı unutmayın🥹 Cinnamon Rolls 🥐 Tərkibi ✨ Xəmiri üçün: • 3,5 – 4 stəkan un (unu ehtiyatla əlavə edin) • 1 stəkan ilıq süd (əl yandırmayacaq temperaturda) • 1 yemək qaşığı şəkər tozu • 1 silmə yemək qaşığı quru maya • 2 ədəd yumurta • 1 çimdik duz • 3 yemək qaşığı şəkər tozu • 80 qr əridilmiş ilıq kərə yağı ⸻ 🤎 İçlik üçün: • 1/2 stəkan şəkər tozu (istəyə görə artırmaq olar) • 2 yemək qaşığı darçın • 70 qr yumşaq kərə yağı ⸻ 🍶 Kremi üçün: • 250 qr krem pendir və ya yağlı xama • Pudra şəkəri zövqə görə (mən 3 yemək qaşığı istifadə etdim) • 5 yemək qaşığı süd 🥐 Qozlu Bulkalar – Pambıq Kimi Yumşaq ✨ Tərkibi Xəmiri üçün: • Süd – 300 ml (iliq) • Quru maya – 10 qr • Şəkər – 60 qr • Yumurta – 2 ədəd • Un – 600 qr (+/-) • Vanilli şəkər – 1 çay qaşığı • Bitki yağı – 100 qr • Kərə yağı – 50 qr (yumşaq) ⸻ 🤎 İçlik üçün: • Qoz – 200 qr (xırdalanmış) • Şəkər – 100 qr • Yumurta ağı – 1 ədəd Üzərinə sürtmək üçün: • Yumurta sarısı Bişdikdən sonra: • Əridilmiş bal ⸻ 👩🏻🍳 Hazırlanma qaydası 1. İlıq südün üzərinə maya, şəkər və digər inqrediyentləri əlavə edib qarışdırırıq. 2. Unu ələyərək tədricən əlavə edirik və xəmiri yoğururuq. 3. Xəmir toparlananda yumşaq kərə yağını əlavə edib təxminən 7 dəqiqə hamar və elastik xəmir alınana qədər yoğururuq. 4. Üzərini streç plyonka ilə örtüb isti yerdə mayalanmağa qoyuruq. 5. İçlik üçün xırdalanmış qozu, şəkəri və yumurta ağını qarışdırırıq. 6. Mayalanmış xəmiri çox nazik olmayan düzbucaqlı formada yayırıq. Üzərinə içliyi əlavə edib videoda göstərildiyi kimi bükürük, zolaqlara kəsib buraraq forma veririk. 7. Üzərinə yumurta sarısı sürtüb 180°C sobada qızarana qədər bişiririk. 8. İsti-isti üzərinə əridilmiş bal çəkirik. #evvlogu #cinnamonrolls #homevibes #cozyhome