У нас вы можете посмотреть бесплатно Mirzə Ələkbər Sabir - Əkinçi (Official Lyrics Video) | Modern Rap Style - PULSBOOXMO или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Bəyzadələrin rəsmi budur, adə, əkinçi!" Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinin ən sarsıdıcı hissələrindən biri olan "Əkinçi" şeiri, bu dəfə PULSBOOXMO-nun ifasında rap janrında səslənir. Bu əsər, feodal təfəkkürün, zülmün və sosial bərabərsizliyin ən çılpaq təsviridir. Bəyin dili ilə deyilən bu misralar, əslində tarixin hər dövründəki istismara qarşı kəskin bir etirazdır. ................................................... 📌 PULSBOOXMO təqdimatında klassik poeziya və modern hip-hopun vəhdəti. İfa/Aranjiman: PULSBOOXMO Müəllif: Mirzə Ələkbər Sabir (Hophopnamə) Janr: Rap / Satirik Hip-Hop ................................................... 🎵 Mahnı Sözləri (Lyrics): Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc burma qapımda, Gahi başına, gah döşünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Aldı dolu əldən sərü samanını, neylim? Yainki çəyirtkə yedi bostanını, neylim? Verdin keçən il borcuna yorğanını, neylim? Ol indi palas satmağa amadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Söz açma mənə çox çalışıb, az yeməyindən, Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yoxsa soyaram lap dərini, adə, əkinçi! Sən hey de "Yoxumdur" — çıxarıb canını allam! Vallahi ovub dideyi-giryanını, allam! Şallağə tutub pəykəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Cütçü babasan, buğdanı ver, darı yeyərsən, Su olmasa, qışda əridib qarı yeyərsən, Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! Heyvan kimi ömr eyləmisən sadə, əkinçi! Lakin mənim insanlıq olub vəzi-mədarim, Bəyzadəyəm, asayişədir cümlə qərarim, Meysiz, məzəsiz, bitməz olur şamu nəharim; İştə belədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi! ................................................... 🔔 Kanala abunə olmağı və yeni işlərdən xəbərdar olmaq üçün zəngi açmağı unutmayın! #MirzəƏləkbərSabir #Danışır #Əkinçi #Ekinci #PULSBOOXMO #Hophopnamə #Satira #Lyrics #EdebiRap #AzərbaycanRap #SabirDanışırRap #Lyrics 🎧 Original song, lyrics by @PulseBooxmo 📝 Written and composed using Suno AI 🌍 Languages: Azerbaijani | Turkish 🎼 All rights reserved by the author. 🔸 Follow for more original music 👉 Subscribe: @pulsebooxmo 👉 Instagram: 👉 TikTok: 📜 COPYRIGHT NOTICE: This is an original composition created by Pulse Booxmo. Unauthorized use, distribution, or reproduction of this music is strictly prohibited. For business inquiries: mahir.orujov@gmail.com