У нас вы можете посмотреть бесплатно AĞIZDAN QOXU GƏLMƏSİNİN SƏBƏBLƏRİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#AXAR #XƏBƏR #SONXƏBƏR #AXAR #XƏBƏR Ağızdan qoxunun gəlməsi, qısaca qalitoz - istənilən yaşda rast gəlinən şikayətdir. Çox vaxt uşaqlar yuxudan oyanan zaman bu hiss olunur. Ağız boşluğunda tüpürcək ifrazı azaldığı üçün quruyur və nəticədə bakteriyalar artır. Bu tip qoxu maye və qida qəbulundan sonra keçir. Ağızdan gələn pis qoxunun çox hissəsinin səbəbi qida qalıqlarının ağız boşluğunda və dişlərdə ərp şəklində yığılması olur. Bunlar çoxumuzun bildiyi səbəblərdir. Bəs ağızdan qoxu gəlməsinin başqa hansı səbəbləri var? Hər yaşda rast gəlinən qalitozun yaranma səbəbləri nələrdir? Mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, ağızdan qoxu gəlməsinə səbəblər arasında ən birinci yerdə karies dayanır. Həkim bildirib ki, dişlərin çürüməsi nəticəsində dişin strukturu dağılır və nəticədə ağız boşluğunun selikli qişasına bakteriyalar yığılır və bununla da qalitoz əmələ gəlir: “Ağız boşluğunda iltihabı proseslər - stomatitlər, damaq iltihabı və s. də qalitozun əsas səbəbləridir. Xoşagəlməz iyi törədən bakteriyaların çoxu dişlər arasında və dildə yaşayır. Ona görə dişlərin və dilin təmizliyinə mütləq diqqət edilməlidir”. Ancaq həkim bildirib ki, ağızdan qoxunun gəlməsi təkcə dişdə olan problemlərdən qaynaqlanmır. Tənəffüs sistemi ilə əlaqəli xəstəliklər də buna səbəb ola bilir: “Burun əti, burunda yaşıl ifrazatın olması, burun ətrafı ciblərin iltihabı, faringit, badamcıqların iltihabı, allergiyalar olarsa, belə bir qoxu yarana bilər. Həmçinin mədə-bağırsaq sistemi ilə bağlı xəstəliklərdə də ağızdan qoxu gəlməsi baş verir. Xüsusilə reflü, qastrit, xora, öd kisəsi problemləri, bəzi hallarda qurd xəstəliklərinin də xoşagəlməz iyi olur. Bu zaman uşaqlarda qarında ağrı, şişkinlik, həzmsizlik, yanma hissiyyatı kimi şikayətlər də yaranır”. Həkim bildirib ki, belə halda xəstəlik pediatr və qastroenteroloq tərəfindən aşkarlanmalı və müalicə edilməlidir: “Bəzi endokrin və metabolik xəstəliklərdə də bu hal müşahidə oluna bilər. Bu qoxunu aradan götürmək üçün isə birinci növbədə səbəb aşkarlanmalı və səbəbə uyğun müalicə aparılmalıdır”. #Sagliq #Sağlamlıq #sağlam #Qezneviler #Tarix #Turk #Axar #Operativ #Xəbər # # # # #AXAR #XƏBƏR #SONXƏBƏR #OPERATİV #AXAR #XƏBƏR #SONXƏBƏR #OPERATİV #AXARXƏBƏR #SONXƏBƏR #XƏBƏRLƏR #AXARTV #SONXƏBƏRLƏR #AXARXƏBƏR #AXARTV #SONXƏBƏR #XƏBƏRLƏR