• ClipSaver
ClipSaver
Русские видео
  • Смешные видео
  • Приколы
  • Обзоры
  • Новости
  • Тесты
  • Спорт
  • Любовь
  • Музыка
  • Разное
Сейчас в тренде
  • Фейгин лайф
  • Три кота
  • Самвел адамян
  • А4 ютуб
  • скачать бит
  • гитара с нуля
Иностранные видео
  • Funny Babies
  • Funny Sports
  • Funny Animals
  • Funny Pranks
  • Funny Magic
  • Funny Vines
  • Funny Virals
  • Funny K-Pop

ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR. скачать в хорошем качестве

ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR. 1 год назад

скачать видео

скачать mp3

скачать mp4

поделиться

телефон с камерой

телефон с видео

бесплатно

загрузить,

Не удается загрузить Youtube-плеер. Проверьте блокировку Youtube в вашей сети.
Повторяем попытку...
ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR.
  • Поделиться ВК
  • Поделиться в ОК
  •  
  •  


Скачать видео с ютуб по ссылке или смотреть без блокировок на сайте: ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR. в качестве 4k

У нас вы можете посмотреть бесплатно ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:

  • Информация по загрузке:

Скачать mp3 с ютуба отдельным файлом. Бесплатный рингтон ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR. в формате MP3:


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



ZƏRRAF ŞİRİNOV ÜMUMİ CƏRRAH, T.E.D., PROFESSOR. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR.

1997-ci ildə doktor Zərraf Şirinov “Çapıq-xora mənşəli piloroduodenal stenozlar zamanı mədə rezeksiyası və vaqotomiya” mövzusunda namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Zərraf Şirinov Xalqlar Dostluğu Universitetində “Xora xəstəliklərinə görə əməliyyat olunmuş mədənin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2008-cı ildə isə Azərbaycan Resbublikası Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi adı təqdim edilib. 170-dən artıq çap edilmiş elmi məqalələri var. Üç monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır. Zərraf Şirinov 14 il Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiri olmuşdur. Bu müddət ərzində doktor Zərraf Şirinov 2500-dən artıq qeyd olunan cərrahiyyə sferasında əməliyyatlar icra edib. Öd kisəsində aparılan həm açıq, həm də laporaskopik əməliyyatları da həyata keçirir. 2008-cu ildə Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin klinikasında laporaskopik öd cərrahiyyəsi və 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Şalimovun klinikasında endoskopik cərrahiyyə və qaraciyər köçürülməsi (transplantasiya) üzrə ixtisasartırma kursu keçib. 2012 -ci ildə Almaniyanin Manhaym şəhərində ixtisasartırma kursu keçib. Zərraf Şirinov 2017-ci ildə Istanbulda Yeni Yüzyil Üniversitesi Gaziosmanpaşa Hastahanesinde transplantasiya şöbəsində ixtisasartırma kursunda olmuşdur.Əməliyyatlarının çoxunu öd kisəsində aparılan əməliyyatlar (xolesistektomiya) təşkil etsə də olduqca bir cox digər daxili xəstəliklərdə elmi-tibbi əhəmiyyət kəsb edən yeni cərrahi taktikalar tətbiq edib. Bu da əsasən öd və qaraciyərdənxaric öd yollarında yatrogen zədələnmələr zamanı rekonstruktiv əməliyyatları, qaraciyərin exinokokkozu və həcmli törəmələri, qidaborusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlar üzərində aparılan açıq və laparoskopik əməmliyyatları əhatə edir. Zərraf Şirinovun 5000- dən artıq müvəffəqiyyətli əməliyyat təcrübəsi var. Tibb elmləri doktoru Zərraf Şirinovun rəhbərliyi ilə 4 namizədlik dissertasiyası müdafiə olunub, 4 elmi iş isə araşdırılma mərhələsindədir. AAK tərəfindən 2019-cu ildə Cərrahiyyə ixtisası üzrə DOSENT, 2022-ci ildə doktor Zərraf Şirinova PROFESSOR elmi adı verilmişdir. 2018-ci ildən hal hazıra kimi ECM-də baş elmi işçi vəzifəsində çalışır. Zərraf Şirinov elmi nailiyyətlərinə, çalışdığı Elmi Cərrahiyyə Mərkəzinin ictimai həyatında fəal iştirakına, uzun illər ərzində əhaliyə qüsursuz tibbi yardım göstərdiyinə görə və 60 illik yubileyi münasibətilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən mükafatlandırılıb. Alovlu vətənpərvər olan Zərraf Şirinov 2-ci Qarabağ müharibəsində də fəal iştirak etmişdir. 2022-ci ildə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində “Qarabağ qaziləri” İctimai Birliyi tərəfindən həkim-professor Zərraf Şirinov fəxri diplomla təltif edilib. Öz həkimlik peşəsində son dərəcə qabiliyyətli və bacarıqlı olan Zərraf Şirinovu çoxları həm də gözəl şerlər yazmaq keyfiyyəti ilə seçilən duyğusal bir şair kimi tanınır. Onun şerlərində niskil və kədərli notlar olsa da insanların həyat eşqini artırır, zəhməti, sevgini, vətənə olan məhəbbəti tərənnüm edir. Vətənimiz Azərbaycanı, insanlarda yurdsevərliyi tərənnüm edən, həmçinin doğulub boya başa çatdığı Kəlbəcər rayonunun gözəlliklərini vəsf edən şerləri çox sevilir. Zərraf Şirinov 1993-2020-ci illəri əhatə edən işğal dövründə Kəlbəcər dərdini kədərli, eyni zamanda nikbin duyğularını öz şerlərində əks elətdirib. Həssas qəlbli insan olan doctor Zərraf Şirinovun çoxsaylı şerləri ilə tanış olduqca ədəbiyyatsevərlər onun qələm əhli kimi digər bir keyfiyyətini də görmüş oldular. Şerləri oxucular tərəfindən yüksək qiymətləndirilib. Doktor Zərraf Şirinov öz şerlərini Zərrah Təhməzoğlu imzası ilə çap etdirib. “Gorumuza sarı gedək” və “Vətən torpağı Kəlbəcər” adlı şer kitabları qələm əhli və oxucular tərəfindən sevilir. 2017-ci ildə hələ Kəlbəcər erməni işğalı altında olanda Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək” kitabının təqdimatı keçirilib. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və nəticədə dogma Kəlbəcərin işğaldan azad olunması indi artıq şair qəlbli Zərraf doktorun yazdığı misraları daha nikbin notlara kökləyir. Həsrət və qəm kədər dolu şerlər, xoşbəxtlik və alqışlarla dolu cümlələrlə əvəz olunur. DOKTOR ZƏRRAF ŞİRİNOVLA ƏLAQƏ: Email: [email protected] 050-354-21-51

Comments

Контактный email для правообладателей: [email protected] © 2017 - 2025

Отказ от ответственности - Disclaimer Правообладателям - DMCA Условия использования сайта - TOS



Карта сайта 1 Карта сайта 2 Карта сайта 3 Карта сайта 4 Карта сайта 5