У нас вы можете посмотреть бесплатно Dr.Mehtiyev Urolog-Endoskopik Böyrek Daşı emeliyati (2015) /المسالك البولية/اختصاصي طب الذكورة или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Böyrək daşının əlamətləri nələrdir? Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticısində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkətedib sidik yollarına və sidik kisəsinə düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dayanılmaz ağrılara səbəb olur. Əsas əlamətləri • Dözülməz ağrılar, • Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik) • Ağrı davamlı ya da təkrarlayan ola bilir. • Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilir. • Şiddətli ağrı • Ürəkbulanma və qusma • Pis iyli sidik ifrazı • Sidik ifrazı zamanı yanma hissi • Temperatur və titrəmə (infeksiya varsa) Böyrək daşının tipləri KALSİUM OKSALAT VƏ KALSİUM FOSFAT DAŞLARI 4• Bu daşlar bütün daşların 75%-ni təşkil edir. • Kalsium bütün orqanizm üçün önəmli olan bir mineraldır. Sümüklərin və dişlərin əsasını təşkil edir, əzələ yığılması və digər əhəmiyyətli funksiyalarda rol oynayırlar. Qidalarla alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlardan sorulur, lazım olmayan hissısi isı böyrəklərdən atılır. Bəzi insanlarda kalsium boyrəklərlə atılması artır və kalsium oksalat daşları əmələ gəlir. • Kalsium oksalat daşı yaranmasının 40%-də ailədən keçən (irsi) faktorlara bağlıdır. Bəzilərində proses istifadə olunan dərman preparatları ilə əlaqəli yaranır. Qalxanabənzər ətraf vəzin hiperfunksiyası, yüksək miqdarda vitamin C qəbulu da başqa səbəblərdir. • Sitrat sidikdə kalsium va oksalatın birləşərək kristal yaratmasının qarşısını alan bir maddədir. Sitratın azalması da daşin yaranma səbəbidir.İNFEKSİYALI DAŞLAR • Böyrək daşlarının 10-15%-de sidik yolu infeksiyası mövcuddur. Qadınlarda sidik yolu infeksiyasına daha çok rast gəlinir. URAT DAŞLARI • Böyrək daşlarının 10%-ni təşkil edir. Bu normal orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsak sistemi pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi bu tip daşların yaranma səbəblərindəndir.SİSTİN DAŞLARI • Anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çox miqdarda sistin atılır və bu da yığılaraq daş əmələ gətirir. Bütün daş növləri içində ən nadir görülən tipidir. Müalicəsi digər daşlara görə daha çətindir və belə xəstələrə ömür boyu müşahidə gərəkdir.Böyrək daşlarında pəhriz. Oksalat daşları zamanı pəhriz Məsləhətdir: Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, oksalitin çayı, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri) Qadağandır: Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlar