У нас вы можете посмотреть бесплатно Həbs edilən iqtisadçı Fərid Mehralızadə kimdir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Müasir dünyada mass media insanları həqiqi bilgidən məhrum qoymaqla onları bəlli illüziyalara inandıra bilir. Xüsusilə avtoritar adlandırılan idarəçilik formalarında - bütün informasiya daşıyıcılarına nəzarətin tək əldə cəmləşdiyi şəraitdə. Məsələn, (İTV-də iş var, insanlar işləmək istəmir) Amma bəzən sistemdəki kiçik bir dəlikdən sızan həqiqi informasiya illər ərzində yaradılan bu mifləri anında dağıda bilir. İctimai TV-də Fərid Mehralızadənin qısa çıxışı buna yaxşı örnəkdi. Zorakı sistemlərin düsturu isə sadədi: aynadakı xoşuna gəlmirsə, aynanı qır… “Abzas işi” ilə bağlı həbs edildiyi deyilən və həmin media qurumu ilə heç bir əlaqəsinin olmadığını bildirən Fərid Mehralızadənin çıxışları və yazıları da Azərbaycan iqtisadiyyatının güzgüsü rolunu oynayırdı. Beynəlxalq qurumlar və yerli hüquq müdafiəçiləri deyirlər ki, bu həbs siyasidir. Görünür, aynadakı əks sistem üçün artıq dözülməz hala gəldi… 30 mayda iqtisadçının başına torba keçirilərək saxlandığı barədə xəbərlər yayıldı. Amma DİN-dən yayılan açıqlamada onun polisə dəvət edildiyi bildirildi. Bu iki cümlə arasındakı təzad isə Azərbaycanda hüquqi ifadələrin və hüququn özünün gəlib çatdığı yeri aydın göstərir. Bəs, Fərid Mehralızadə kimdir?