У нас вы можете посмотреть бесплатно Azərbaycanın ƏN GÖZƏL 15 KƏNDİ Hansılardır? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#azerbaycan #kənd #kəndhəyatı Azərbaycanın gəzməli-görməli kəndləri Azərbaycanın ən kasıb və ən varlı rayonları ilə bağlı videolarımdan sonra istəyirəm ən gözəl kəndlərimizi təqdim edim. Ölkəmizdə bəzi yerlər var ki, turizm baxımdan çox inkişaf edib. Bəzi gözəl kəndlərimiz isə mənzərəli, möhtəşəm təbiəti ilə seçilsələr də, turizm baxımdan heç inkişaf etməyib. Sanki unudulub, çox adam heç tanımır. Yerin Qulağı kanalı Azərbaycanın ən gözəl, gəzməli-görməli, turistik 15 kəndini təqdim edir: 1. İlisu – Qax Kənd yaşayış məskəni kimi XIII əsrdə yaranıb. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılıb. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır. Rayon mərkəzindən 12 kilometr aralı, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə yerləşir. Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət xadimləri. 2. Pirqulu - Şamaxı Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxıda ən gözəl yer sayılır. Pirqulu böyük turizm zonasıdır. Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının yaşaması üçün salınıb. Yayda turistlərin getməsi, qalması üçün hər cür şərait var. 3. Sım – Astara Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur. Əhalisi təqribi 600 nəfərdir. Astarada turistlərin ən çox getdiyi yerlərdən biridir. Sım kəndi yolu üzərində yerləşən su anbarında mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndində digər maraqlı məkanlardan biri də Ağ Körpüdür. 4. Hacıkənd – Gəncə Gəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir. Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınıb. Sonralar indiki Xanlar Şəhərində yaşamış alman kolonistləri burada tikinti-abadlıq işləri apararaq onu oz yaylaq-kurort məskənlərinə çeviriblər. Oykonim Hacının kəndi, Hacının mülkü deməkdir. 5. Kiş kəndi Kiş kəndi Azərbaycanın şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir. 7100 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. İlk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikib. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınıb. 6. Laza - Qusar Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Əhalisi təqribi 200 nəfərə yaxındır. 4 illik ibtidai təhsil məktəbi var. 7. Ağbulaq – Şahbuz Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. 2003-cü ildə əvvəlki adı dəyişdirilərək Ağbulaq olub. Əhalisi təqribi 600 nəfərdir. Bu kənd səfalı təbiəti, gözəl istirahət mərkəzləri ilə seçilir. 8. Xanbulan - Lənkəran Oykonim ərazidəki eyniadlı çayın adından yaranıb. Əhalisi təqribi 1600 nəfərdir. Xanbulan gölü Lənkəran rayonun incilərindən sayılır. Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Ən dərin nöqtəsi isə 75 metrdir. Gölün uzunluğu 5 km-ə yaxın, eni isə 2 km-dən çoxdur. Hazırda isə cənub bölgənin sakinləri və qonaqlar bura dincəlmək üçün, ailəlikcə oturub çay içmək və gözəl şəkillər çəkdirmək üçün gəlirlər. Başqa hansı kəndləri bu siyahıya əlavə edə bilərik? Mən gördüklərimi, gəzdiklərimi qeyd etdim, siz də hərə bir kənd adı qeyd etsin TANIYAQ və TANIDAQ!