У нас вы можете посмотреть бесплатно Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 3. həftəsi. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
40 həftəlik hamiləliyimizin 3. Həftəsinə gəldik. Bu həftədə önəmli hadisə olan döllənmə (mayalanma) baş verəcək. Aybaşı qanamasının 1.həftəsində yumurtalar böyümüşdü , qana estrogen-dişilik hormonu ifraz olunmuşdu. Ikinci həftənin sonunda yumurta hüceyrə seçilmişdi və onu mayalandıracaq olan spermi boruda gözləyirdi. Bu zaman əgər cinsi əlaqə baş vermiş olarsa spermlər genital kanaldan keçərək onları gözləyən yumurta hüceyrəyə çatırlar. Əgər sperm yumurta hüceyrəni mayalaya bilərsə bu həftədə mayalanma baş verir. Əlaqədən sonra danışacağımız həftə əslində hamiləliyimizin birinci həftəsidir, lakin biz aybaşının ilk gününü əsas götürdüyümüz üçün hamiləliyin 3. Həftəsi olur. 1 yumurtamız atılmışdı digərləri isə apaptoza uğrayaraq geri sorulmuşdur. Mayalanma olsada , olmasada yumurta hüceyrə atılır və yerində sarı cisim əmələ gəlir. Hamiləlik bas verməzsə sari cisimin ömrü 12-14 gündür əgər yumurta atılar və hamiləlik baş verərsə kisədə hamiləlik hormonu olan- progesteron ifraz olunmağa başlayır. Bu hormonun ifrazı uşaqlığın daxili qatı olan endometriumu böyüdəcək , qalınlaşdıracaq və yetişdirəcək. Hamiləliyin-embrionun yerləşə biləcəyi bir hala gətirəcək. Yumurta gözləyirdi ,sperm tükcüklərdən keçərək yumurtaya doğru hərəkət edirdi.Yumurtaya ortalama 400-500 sperm çatır. Yumurtanın bir xarici qatı olan-zona radiata (taclı qişa) var.İlk olaraq sperm bu qatı keçməlidir. Burada yumurta günəş kimi durur. Bu seçilmiş özəl yumurta sizsiniz.Və spermlər içəri daxil olmağa çalışırlar. Əvvəlcə xarici qatı keçməyə çalışırlar.Bir qismi bunu keçə bilir.Buradan keçmək üçün spermin baş hissəsindən xüsusi maye ifraz olunur. Hansı sperm içəri daxil olarsa o “çempion” oldu. Bir sperm daxil olarsa yumurtandan xarici qat bağlanır artıq ikinci bir sperm daxili ola bilməz. Sadəcə bir şanslı sperm daxil olur. Yumurtandan daxil olan sperm quyruğunu itirir , quyruğunu yumurtadan xaricdə qoyur və baş hissədə yerləşən 23 xromosomdan ibarət hissə xarici qatından azad olur. Yumurta bu müddətdə çox yavaş uşaqlığa doğru hərərkət edir. Spermdə olan xromosom sayı atada olan xromosom sayından iki dəfə azdır. 23yumurta hüceyrə, 23 isə sperm xromosom sayı birləşərək bir fərd əmələ gətirir. Ziqot-yarı atadan yarısı isə anadan olmaq üzərə 23 cüt xromosomdan ibarət olur. Bu mayalanmadan 20-24 saat sonra baş verir. Yumurta və sperm birləşərək yeni fərd əmələ gətirir. Birləşərkən nə olur? Sperm və yumurta hüceyrənin birləşməsi bir hüceyrəlidir. Biz isə bir hüceyrəli deyilik. Buna görə mitozla sürətli bir şəkildə bölünərək çoxalmalıdır. 2-ə bölündü özünü kopyaladı. Burada hələki yumurtanın qabığını daşıyır, endometriyaya yerləşənə qədər bu qabığı daşıyacaq. Yumurta hüceyrəni yalnız bir sperm dölləyir. Burada geriyə baxsaq 400 sperm yumurta hüceyrəyə çatır. Bunların yarısı x yarısı isə y xromosom daşıyır. Gələcək fərdin cinsiyyəti spermin hansı cinsiyyət xromosomu daşımasından aslıdır. Yumurta hüceyrə ilə heç bir əlaqəsi yoxdur.