У нас вы можете посмотреть бесплатно ”Bizim dəstənin 70 faizi şəhid oldu” | Qazi Şuşanın azad olunmasından danışdı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
”Bizim dəstənin 70 faizi şəhid oldu” | Qazi Şuşanın azad olunmasından danışdı Şuşanın azad olunması uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən çətin və həlledici mərhələlərindən biri olub. Bu barədə Baku TV-yə danışan Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin mənsubu Kamran İbrahimov həmin anları xatırlayıb. Onun sözlərinə görə, səhər saat 6-7 radələrində ermənilər pusqu qurub hücuma keçiblər: “Dağın ortasında idik. Yuxarıda da, aşağıda da düşmən mövqelənmişdi. Biz Xankəndidən gələn qüvvələrin Şuşaya daxil olmasının qarşısını alırdıq, digər qrup isə şəhər daxilində təmizlik aparırdı”. K.İbrahimov bildirib ki, ermənilərdən silah-sursat götürüb geri qayıdarkən düşmən tankı ilə üzləşiblər: “Tank bizim istiqamətə yaxınlaşırdı. Mənim mövqeləndiyim yer 50-60 metr uzaqlıqda idi. Gördüm ki, ora gedənə qədər tank məni görsə, vuracaq. Tanrı sanki yoxdan varlıq yaratdı, dağdan gələn suyun asfaltın altından axıb keçməsi üçün boru var idi. Girdik ora, tank bizim üstümüzdən keçdi, yoxlanış edib qayıtdı”. Qazi deyir ki, həmin əməliyyat zamanı dəstənin 70 faizi şəhid olub, sağ qalanlar isə sonadək döyüşü davam etdiriblər: “Şuşa şəhərinə girib içəridə təmizlik əməliyyatı apardıq. Bu, ən ağır döyüşlərdən biri idi. Çox yaxın məsafədə, demək olar ki, əlbəyaxa vuruşurduq. Bu əməliyyat həyatım boyu yadımdan çıxmaz”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv ”Bizim dəstənin 70 faizi şəhid oldu” | Qazi Şuşanın azad olunmasından danışdı 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #şuşa #qazi #zəfərgünü #vətənmüharibəsi #şəhidlər