У нас вы можете посмотреть бесплатно Hərkəsin gözlədiyi Müctəs Bəhri | Pünhan Alatavalı & Hacı Səbuhi Xırdalanlı | Meyxana Gecəsi 2024 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Nərimanov Meyxana Gecəsi 07.07.24 Müctəs Bəhri Könül bu fani cahanın vəfasın axtarma Cəfası olmayan eşqin səfasın axtarma Pünhan Alatavalı Səbuhi Xırdalanlı Çəkiliş Qrupu: Orxan Kərimli Punhan Azim Rəsmi YouTube kanalına xoş gəlmisiniz. Kanalımız Pünhan Azimin nəzarəti altında xiridarı tərəfindən idarə olunur. Kanalda yerləşdirilən bütün video və audio materialların müəllif hüquqları qorunur. Paylaşılan materialların başqa kanallara yüklənilməsi qəti qadağandır, əks halda kanalınız YouTube tərəfindən şikayət olunaraq bağlanacaq. ®️Punhan Azim ©️Esa Muzik #meyxana #punhanalatavali #punhanazim #sebuhixirdalanli #trending #2024 _________________________________________ Pünhan Alatavalı (Azim) Qanadlan aləmi seyr eylə üz səmalarda Səmavi şövq ilə rəqs eylə süz səmalarda Sədaqətin yeri göylərdi gəz səmalarda Könül bu fani cahanın vəfasın axtarma Cəfası olmayan eşqin səfasın axtarma _________________________________________ Oyatdı aləmi ey sərvərim mətin qədəmin Təbərrükünlə mübarək təxəllüsünlə əmin Viladətinlə gözəlləşdi asimanü zəmin Cahan üzün günəşindən münəvvər olmuşdur Səba saçın qoxusundan müəttər olmuşdur Səba yeli əsəli sünbülün diyarından Məşami-əhli-məhəbbət müəttər olmuşdur Nəsimi ey şəhi-xuban cəmalını görəli Gözündə sürəti-rəhman müsəvvər olmuşdur Sədaqət əhlidir aşiq riyasın axtarma Özündən özgə könül aşinasın axtarma (İmadəddin Nəsimi) _________________________________________ O gün ki odlu məhəbbətlə qovrular könlüm Sirişki-alim ilə badətək dolar könlüm Füzuli şeirinə məhz onda ram olar könlüm Yürütmüyün ərəqi məclis içrə badə ilə Haramzadəni qoymun həlalzadə ilə Mənə zaman ilə Məcnun müqəddəmm olsa nola Oyunda şah bərabər deyil piyadə ilə Məni saqınma Füzuli qəm içrə məcnun tək Ki mən ziyadəyəm ondan qəmi-ziyadə ilə Ziyadə dərdimin artıq dəvasın axtarma Biraz da şiddətin artır şəfasın axtarma (Məhəmməd Füzuli) _________________________________________ Gözün gözəlliyi sakitcə ağlayışlarıdır Səmimi baxmağı məsumca yalvarışlarıdır Bu dilbərin məni heyran edən baxışlarıdır Bu dilbərin nə gözəl aşiqanə gözləri var Nə yaxşı can alıcı məhrəmanə gözləri var Bütün gözəllər içində bu nazənin gözəlin Gözəlliyindən əlavə yeganə gözləri var Bir özgə dilbərə Vahid deyilməmiş bu qədər Bu afətin nə gözəl şairanə gözləri var Nə ondan özgə könül baş bəlasın axtarma Nə məndən özgədə bəxtin qərasın axtarma (Əliağa Vahid) _________________________________________ Duası xilqətə məxsusi güc verən qüvvət Məqami-izzəti dünyaya bəxş edib izzət Ayağı altına baş qoy ki ordadır cənnət Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana! O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam, Yenə xəyal edərəm bəzmi-istirahətdir. Uçurtma qəlb evini bədduasın axtarma Rızası olmasa haqqın rızasın axtarma (Cəfər Cabbarlı) _________________________________________ Hacı Səbuhi Xırdalanlı Gələndən aləmə divanəyəm məhəbbətdən Vüsalə çatmadı qəlbim usandı həsrətdən Məhəbbətin məni yandırdı saldı taqətdən Bu hüsnilə gözəlim güllü zarə bənzərsən Vəfaki səndə yoxdu ruzigarə bənzərsən Təhəmmul eylə açılma qolumdan ey zəncir Fəda olum sənə, sən zülfi-yarə bənzərsən O qədri dərdi verib namiqa dövran Cavan yaşında qoca ixdiyarə bənzərsən Cavanlıq ötdüsə cismin ziyasın axtarma Qocalmısan daha eşqin havasın axtarma (Namiq Şəfai) _________________________________________ Bu doğma eldə qərib bir məkan olub getdi Həmin çəməndəki güllər tikan olub getdi Qəminlə gülşəni ömrüm xəzan olub getdi Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin Yubanmağa daha yox ixtiyarı gəncliyimin Sənə yetişmək üçün ki, özün fəda elədi Gərək qapında qazılsın məzari gəncliyimin Neçin bu Fəhmini tək qoydun intizar içrə Sənə yetişmədimi ahu-zari gəncliyimin O köhnə sevgimizin can fədasın axtarma Sınıq neyin səsi çıxmaz nəvasın axtarma (İlqar Fəhmi) _________________________________________ Gəl ey ürəklərin ilhamı, gəl ki hamı görə Bir intizarı çəkir hamı, gəl ki hamı görə Gəl ey könüllərin aramı, gəl ki hamı görə Üzün gülür gülər üzlüm üzündə güllər açıb Gözün gülür qara gözlüm gözündə güllər açıb Gəl ey gül üzlülərin şahı yolların bəzənib Ayağın öpməyə xatir izində güllər açıb O lalə üzlü qış ilhamına bahar gətirib Vüqar səbəb budu sözsüz sözündə güllər açıb O gəlməyincə bu ruhun qidasın axtarma Ədalət ummağa ondan səvasın axtarma (Vüqar Biləcəri) _________________________________________ Xəyalımın gücü yetməz təsəvvür eyləməyə Apardı xəlvətə halım təfəkkür eyləməyə Qalıb əzalarım aciz təşəkkür eyləməyə İçimdə şükr ola Ya Rəbb inandığım nəsə var Bəqa xəzinəsi mislində sandığım nəsə var İtirməyim belə əslində bir səadətdir İtirməsəm nə bilirdim qazandığım nəsə var Bu aşiqanə qəzəldən tutan tutur Pünhan, Məhəbbət alemi haqqında qandığım nəsə var Təfəkkür olmasa eşqin bəqasın axtarma Bəqaya çatdısa aşiq xətasın axtarma (Pünhan Alatavalı)