У нас вы можете посмотреть бесплатно Siz mənim gözlərimə dik baxa bilmədiz: Nigar Yaqublu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dekabrın 19-u 14:30-da Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, Nigar Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Məhkəməyə hakim İlham Kərimli sədrlik edib. Prosesdə N.Yaqublunun müdafiə tərəfi qismində vəkillər Adil İsmayılov, Elton Quliyev və Nemət Kərimli iştirak ediblər. Məhkəməyə həmçinin Azərbaycandakı səfirliklərin nümayəndələri, hüquq müdafiəçiləri, N.Yaqublunun yaxınları və jurnalistlər qatılıb. Məhkəmə istintaqının qanuna zidd şəkildə keçirildiyini, cinayət işinin sənədlərinin arasında düzgün sənəd olmadığını qeyd edən vəkillər təkrar məhkəmə iclasının keçirilməsi tələb ediblər. Hakim son soz demək üçün Nigar Yaqubluya söz verib. O, çıxışında vəfat edən Aydın Acalov üçün çox üzüldüyünü cə bu aylar ərzində nələr yaşadığını təkcə özünün bildiyini deyib. Nigar həmçinin heçkimə heç bir qadına həbsdə olmağı, əlinə qandal taxılmağı, hər çıxışda və girişdə üzünə çırpılan dəmir qapını arzulamadığını bildirib. Məhkəmə prosesləri zamanı heç biriniz nə dözlət ittihamçısı nədə hakim mənim gözümə dik baxa bilmiyib heç bundan sonrada baxa bilməyəcəçsiniz. Gücünüzü mənəmi göstərirsiniz? Buyurun. Göstərin. Bu gün məni həbs etdiz sabah minlərlə Nigarlar sizin üzərinizə gələcək deyib. Son olaraq isə "mən mənəvi cəzamı çəkirəm. Ancaq çox təəssüf edirəm ki, Aydın əminin ölümündən istifadə edib bizi cəzalandırırlar". Məhkəmə qərar vermək üçün müşavirəyə fasiləyə gedib. Prosesdə yaranan fasilə zamanı məhkəməni izləyən insanların məhkəmə və onun qəbul edəcəyi qərarla bağlı fikirlərini öyrəndi. Müşavirədən qayıdan məhkəmə heyəti qərar qəbul edib Nigar Yaqubluya 2 il 6 ay həbs cəzası kəsilib və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Sonda onu da vurğulayaq ki, Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisəsində bu günə qədər bir dəfə də olsun qadın cəza çəkməyib. Website: http://kanal13.tv/ Facebook: / tvkanal13 Twitter: https://twitter.com/#!/Kanal13_Baku Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/subscription_c... © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ]